Icma.az
close
up
RU
Siqaretə görə 20 illik dostunu öldürdü

Siqaretə görə 20 illik dostunu öldürdü

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Naxçıvanda 49 yaşlı Fərzalı Behbudovun qətli ilə bağlı məhkəmə araşdırması hadisənin maraqlı detallarını üzə çıxarıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ağır cinayətin "qəhrəmanları" 20 illik dost olublar.

Fərzalı Rəhman Bayramovdan 10 yaş balaca olsa da, gənc vaxtlarından dostluq ediblər. Onlar mütəmadi olaraq bir-biri ilə görüşüb, ailəvi qonaq gedib-gəliblər. Son görüş də elə yeyib-içmək üçün təşkil edilib. Məclis Rəhmanın evində baş tutub. 

İstintaq materiallarında yazılandan və məhkəmədə danışılanlardan məlum olub ki, həmin gün Fərzalı ilə Rəhman xeyli içki qəbul edib, tam sərxoş vəziyyətdə olublar. Bu məqamda Rəhman Fərzalıdan 1 ədəd siqaret istəyib. Elə bu istək onların mehriban dostluğunun sonu olub.

Fərzalı üzünü turşudaraq Rəhmana "cibinə siqaret al, qoy", dedikdən sonra mübahisə başlayıb. Dostlar bir-birinə qarşı nalayiq sözlər işlədiblər, əsəblərini cilovlaya bilməyən Rəhman stolun üstündən bıçaq götürərək Fərzalını qətlə yetirib.

Rəhman məhkəmədə həmin günü belə xatırlayıb: "Yeyib-içdikdən sonra ürəyim siqaret istədi. Dedim bir siqaret ver. Qayıdıb dedi ki, "sən heç vaxt cibinə siqaret qoymursan". Onun etdiyi hərəkət düzgün deyildi. Özünə də dedim. Əsas da söyüş söydüyü üçün dava etdik. Qalanı da məlumdur..."

Məhkəmə istintaqı zamanı toplanmış sübutlar, həmçinin şahidlərin ifadələri ilə ittiham təsdiqini tapıb.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Bayramov qəsdən adam öldürməkdə təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 İyun 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri