Sirxan Məmmədov infarkt keçirdi (Foto)
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın tanınmış alpinisti və dağ bələdçisi Sirxan Məmmədov infarkt keçirib.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında tanınmış fotoqraf Aleksey Lyokin paylaşıb.
O, alpinistin səhhətində ciddi problem yarandığını bildirib:
"Həkimlər ona uğurla üç stent yerləşdiriblər və hazırda səhhəti tədricən yaxşılaşır. Ona tezliklə tam sağalma, möhkəm can sağlığı və yenidən sevdiyi zirvələrə qayıtmağı arzulayırıq!"
Xatırladaq ki, dağçılıq fəaliyyətinə 2001-ci ildə Şahdağ zirvəsinə (4243 m) çıxaraq başlayan tanınmış alpinist elə həmin ilin 10 mayında Heydər zirvəsini (3751 m) də fəth edib.
Karyerası ərzində dünyanın ən təhlükəli və yüksək nöqtələrinə yürüş edən S. Məmmədov 2010 və 2013-cü illərin iyul-avqust aylarında Xan-Tenqri (7010 m), 2011-ci ildə İbn Sina (Lenin) (7130 m), 2012-ci ildə İsmayıl Somoni (Kommunizm) (7495 m) və elə həmin ilin iyul-avqust aylarında Korjenev (7135 m) zirvələrinə qalxmağı bacarıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:147
Bu xəbər 28 İyun 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















