Sisidən Suriyaya dəstək açıqlaması Bütün səyləri dəstəkləyirik
Icma.az bildirir, Teleqraf.com portalına istinadən.
Misir Suriyada siyasi həll prosesinin tezliklə başa çatmasının tərəfdarıdır və buna yönəlmiş bütün səyləri dəstəkləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi “İslam səkkizliyi” (D-8) sammitinin yekun iclasında çıxışı zamanı bildirib.
“Misir Suriyada hərtərəfli siyasi prosesin tamamlanmasına töhfə verən bütün səyləri dəstəklədiyini bir daha təsdiqləyir”, - o deyib.
Əs-Sisinin sözlərinə görə, Suriya hazırda 1974-cü ilin ikitərəfli razılaşmasına zidd olaraq ölkənin əhəmiyyətli bir hissəsini ələ keçirən İsrailin təhdidləri ilə üz-üzədir.
Misir lideri qeyd edib ki, Yaxın Şərqin üzləşdiyi problemlər müştərək səylər, geniş məsləhətləşmələr və təcrübə mübadiləsi tələb edir. Əs-Sisinin sözlərinə görə, bu kontekstdə D-8 müxtəlif səviyyələrdə bu qrupun üzvü olan dövlətlər arasında birgə fəaliyyətin təşviqi üçün əlverişli forum kimi çıxış edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 20 Dekabr 2024 00:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















