Icma.az
close
up
RU
“Şişmiş bürokratik aparatın kiçildilməsinə ehtiyac var” “Ölkədə 15 inzibati ərazi vahidi yaradılmalıdır”

“Şişmiş bürokratik aparatın kiçildilməsinə ehtiyac var” “Ölkədə 15 inzibati ərazi vahidi yaradılmalıdır”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Qüdrət Həsənquliyev: “Hadisələrin bizim üçün ən pis variantda inkişafına belə hazır olmalıyıq”

“Azərbaycan Rusiya, Türkiyə, ABŞ və Çinlə intensiv siyasi dialoq aparmalıdır” 

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəni müsbət qiymətləndirib, eyni zamanda ölkənin idarəetmə sistemi, regional inkişaf, islahatların dərinləşdirilməsi və 2026-cı illə bağlı gözləntilərini açıqlayıb.

Deputat bildirib ki, Azərbaycan qlobal proseslərin fonunda ən pis ssenarilərə belə hazır olmalıdır.

Qüdrət Həsənquliyev Prezidentin ilin əvvəlində ölkə ictimaiyyətinə geniş və əhatəli məlumat verdiyini qeyd edərək bildirib ki, müsahibədə həm daxili, həm də xarici siyasətlə bağlı vacib məqamlara toxunulub: “Yeni ilin əvvəlində Prezident ölkə həyatı, görülən işlər və üzləşə biləcəyimiz problemlərlə bağlı ictimaiyyətə geniş məlumat verdi. Ölkəmizin Çin və ABŞ ilə əlaqələrinin inkişaf perspektivləri, Zəngəzur dəhlizi, elm və təhsil sahəsində islahatların zəruriliyi, Prezidentin yerlərdə səlahiyyətli nümayəndələrinin təyin olunmasının gələcəkdə ölkə miqyasında tətbiqi perspektivləri barədə danışdı. Eyni zamanda, ölkə iqtisadiyyatının neft gəlirlərindən asılılığının azaldılmasının vacibliyini vurğuladı”.

Deputatın sözlərinə görə, müsahibədə səsləndirilən məsələlərin böyük əksəriyyəti Azərbaycanın təhlükəsizliyi ilə birbaşa bağlıdır: “Daxili sabitlik və təhlükəsizliyimiz üçün güclü elmi potensiala əsaslanan iqtisadiyyatımız və güclü müttəfiqlərimiz olmalıdır”.

Bununla belə, Qüdrət Həsənquliyev Prezidentin müsahibəsinin daha geniş formatda, yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilməsinin məqsədəuyğun olacağını da qeyd edib.

Onun fikrincə, bu halda ictimaiyyəti maraqlandıran digər sahələr üzrə də suallar ünvanlana bilərdi.

Deputat həmçinin Prezidentin QHT-lərlə və parlamentdə təmsil olunan siyasi partiyalarla qapalı görüşlər keçirməsinin zəruriliyini vurğulayıb.

O hesab edir ki, idarəetmə islahatları ilə bağlı bu institutların fikirlərinin öyrənilməsi ümumi işə töhfə verə bilər: “Ölkəmizdə şişmiş bürokratik aparatın kiçildilməsinə, idarəetmə xərclərinin azaldılmasına ciddi ehtiyac yaranıb. İşğaldan azad olunmuş ərazilərdə Konstitusiyaya uyğun olaraq bələdiyyə seçkiləri keçirilməlidir. Həmin ərazilərdə vətəndaşların mənzil tikintisi, sahibkarların istehsal və xidmət sahələri yaratmaları üçün torpaq almaq imkanları olmalıdır”.

Qüdrət Həsənquliyev ƏHD Partiyasının idarəetmə ilə bağlı konkret təkliflərini də diqqətə çatdırıb.

Onun sözlərinə görə, mövcud rayon sistemi ləğv edilməli, ölkədə maksimum 15 inzibati ərazi vahidi yaradılmalıdır: “Biz təklif edirik ki, Azərbaycanda mövcud olan rayonlar ləğv edilsin, ən çoxu 15 inzibati ərazi vahidi yaradılsın. Yerli hakimiyyət orqanları seçkilərlə formalaşdırılsın və seçicilər qarşısında hesabatlı olsun. Hər regionun 25-30 nəfərlik Məclisi olsun, yerli icra hakimiyyətinin rəhbəri həmin məclisdə seçilsin. Regiondakı hər yaşayış məntəqəsinin öz bələdiyyəsi olsun”.

Deputatın fikrincə, Prezidentin regionlar üzrə səlahiyyətli nümayəndələri yalnız Konstitusiya və qanunların icrasına nəzarət etməli, yerli icra hakimiyyətlərinə isə qanunla geniş səlahiyyətlər verilməlidir. Yalnız bu halda Bakıya kütləvi axının qarşısını almaq və regionların sürətli inkişafına nail olmaq mümkündür.

Qüdrət Həsənquliyev bildirib ki, əgər siyasi partiyaların Prezidentlə görüşü baş tutarsa, o, dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi, məhkəmə-hüquq islahatlarının genişləndirilməsi və iqtisadi islahatların dərinləşdirilməsi məsələlərini qaldırardı.

2026-cı ildən gözləntilərinə toxunan deputat dünyada gedən proseslərin ciddi risklər yaratdığını vurğulayıb: “Dünyada böyük dəyişikliklər baş verir. Hadisələrin bizim üçün ən pis variantda inkişafına belə hazır olmalıyıq. İnanıram ki, iqtidar bunun fərqindədir”.

Onun sözlərinə görə, Azərbaycan Rusiya, Türkiyə, ABŞ və Çinlə intensiv siyasi dialoq aparmalıdır. Eyni zamanda Türk Dövlətləri Təşkilatının fəaliyyəti gücləndirilməli və daha sıx inteqrasiya siyasəti həyata keçirilməlidir.

Qüdrət Həsənquliyev əlavə edib ki, xarici işlər naziri Ceyhun Bayramov İranda baş verən prosesləri də qeyd olunan əsas beynəlxalq tərəfdaşlarla müzakirə etməlidir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Yanvar 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see682

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see178

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see136

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri