Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Siyasi möhtəkirlik və siyasətçi faciəsi

Siyasi möhtəkirlik və siyasətçi faciəsi

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İnformasiya və kommunikasiya texnologiyalarıının, onun avanqardı olan sosial şəbəkələrdə fəaliyyət azadlığının, insanların interaktivliyinin, qarşılıqlı informasiya mübadiləsinin bu mərhələsində siyasətlə məşğul olmaq və xalqın dəstəyini qazanmaq xüsusi bacarıq, liderlik, ən əsası da siyasi etimad tələb edir. 

İctimai və milli dəyərlərə, xalqın, insanların düşüncələrinə, onların maraqlarına və narahatlıqlarına yanaşma siyasətçi haqqında müsbət və ya mənfiliyindən asılı olmayaraq, ümumi rəyi formalaşdırır. Sosial ünsiyyət və interaktiv dialoq ideallara yanaşmada səmimi mübarizliyi, yaxud şəxsi istismar niyyətlərini daha tez üzə çıxır. Bunun əsasında da siyasətçinin uğuru və ya uğursuzluğu, onun cəmiyyətdə nüfuzu, sosial bazası müəyyənləşir.

Səmimi mübarizlik və hadisələrə obyektiv yanaşma, eləcə də manipulyativ addımlar uğursuzluq sindromu kimi siyasətçinin taleyini müəyyən edir. Siyasətçilərin manipulyasiyanı taktiki gediş olaraq məğlubiyyət deyil, uğur kimi qəbul etməsinə baxmayaraq, strateji anlamda bu xətt ənənəyə çevrilir və onun məğlubiyyəti qaçılmaz olur. 

Yaradılan məzmun manipualyativ xarakter aldıqca, onu yaradan sosial media menecerinə çevrilən siyasətçilər də ünisyyəti itirir, interaktiv dialoq məkanında bloklanır və siyasi tənhalığa məhkum olurlar. Praktik fəaliyyətdəki uğrusuzluğun ardınca isə həmin şəxslər sosial media menecerliyində də uduzur və sonrakı fəaliyyətlərində siyasi möhtəkirliklə məşğul olurlar. 

Əslində, birinci iki mərhələdə, yəni həm praktik, həm də sosial media fəaliyyətində uduzmağa səbəb olan hal hər iki fəaliyyətdə siyasi möhtəkirliklə məşğul olmaqdır. Siyasi möhtəkirlik dayanıqsız və başgicəlləndirən uğur naminə ictimai, milli maraqları manipulyasiya etmək və etimad itkisi, izolyasiya və siyasi ifliclə nəticələnir. Bütün bunların yekunu isə siyasi kareyaranın çöküşüdür. 

Dünya siyasətində bunun onlarla nümunəsi var. Maraqları, problemləri manipulyasiya edən siyasətçilər emosional intellektlə insanları motivasiya edərək, keçici uğur qazanıblar. Lakin az bir müddətdən sonra emosional intellekt və real olmayan motivasiya öz yerini praqmatik yanaşmalarla əvəzləyib. Bu zaman keçici uğur sona çataraq, öz yerini siyasi sedimantasiyaya verib.

 Dünya siyasətindən nümunələr 

Böyük Britaniyanın sabiq Baş naziri Boris Consonun “Brexit” kampaniyasında qazandığı uğur və qısa müddətdən sonra siyasi səhnədə öz yerini itirməsi buna əyani misaldır. Emosional və kütləni yönləndirən şüarlarla Avropa Birliyindən çıxmaq kampaniyası uğurlu olsa da, az sonra ölkədə yaşanan siyasi gərginlik, iqtisadi tənəzzül onun partiya dəstəyini itirməsinə səbəb oldu və istefaya getdi. Bu gün onun harada və nə ilə məşğul olması cəmiyyət üçün maraqlı deyil. Boris Conson artıq siyasi elitada öz yerini itirmiş adamlardan hesab olunur. 

Suriya və Bəşər Əsəd nümunəsi 

2011-ci ildə simvolik olaraq “Ərəb Baharı” dediyimiz hərəkat başlayanda Suriya hakimiyyəti və Bəşər Əsəd ciddi etirazlarla üz-üzə qaldı. Hakimiyyətini qorumaq üçün populist ritorika ilə xalqın bir qismini öz tərəfinə çəkməyə çalışdı. 

Bu zaman etirazçıların tələblərini manipulyasa edərək, geri çəkilmək görünütüsü yaratdı və geniş islahatlar vəd etdi. Lakin hadisələri nisbətən nəzarətə götürəndən sonra hərbi yola əl atdı və beləliklə də vətəndaş müharibəsinin başlamasına rəvac verdi. 

Bununla belə Bəşər Əsəd repressiya və terrorla mücadilə ritorikasının arxasında gizlənərək, hakimiyyətinin ömrünü 10 ildən artıq uzada bildi. Gerçəklikdən uzaq, manipulyativ və aldadıcı ritorika onun əsas dayağı olsa da, bu siyasi möhtəkirlik onu həmişəlik qoruya bilmədi. 

Etiraz və üsyanların növbəti dalğasında ətrafında formalaşdırdığı hərbi güc və dövlət qurumları geri çəkiləməyə məcbur oldular. Bunun əsas səbəbi xalqın dəstəyini itirməsi idi. Çünki xalq onun siyasi möhtəkirliyini daha dərindən anlayırdı. 

Fransada baş verməyən inqilab 

Belə nümunələr çoxdur və bunlardan biri də Fransa müxalifətinin lideri sayılan Marin Le Penlə bağlıdır. Marin Le Penin opportunizmi tez-tez onun manipulyativ ritorikasında öz formasını dəyişir, seçicilərin maraqlarına uyğunlaşıdırılırdı. Avropada əsas antisemitistlərdən biri olan atası Jan-Mari Le Pendən fərqli olaraq, Marin Le Pen bu gerçək imici manipulyasia edərək, guya atasını belə partiyadan uzaqlaşdırdı. 

Daha sonra ənənəvi radikal ritorikadan mədəni, sivil ritorikaya keçid etdi. Bununla sanki partiyada demonizasiya apardı. Təbii ki, fransızlar bunun manipulyasiya olduğunu və tərəfdar toplamağa xidmət etdiyini anlayırdılar. 

Fransanın Avropa İttifaqından çıxması ilə bağlı onun ideyası ilə seçici mövqeyinin fərqli olduğunu gördükdə, fikrindən daşındı. Bütün bunlar ictimai rəyə uyğun dəyişikliklər idi. O cümlədən, islamafobiya, Ukraynaya qarşı Rusiya müharibəsində tərəfsizlik və s. kimi addımlarla sağçı olmasına rəğmən, sol platforma vədləri ilə manipulyasiya edir, seçici toplamağa çalışırdı. Lakin bu vədlər ideoloji ardıcıllıq və mərkəzləşmiş prinsiplər deyil, insanlara hesablanmış gediş idi. 

Buna görə də Paris məhkəməsinin parlament köməkçilərinin işi üzrə çıxardığı qərara əsasən, Marin Le Pen dörd il həbs və beş il müddətinə seçki hüquqlarını itirmək cəzasına məhkum edilərkən, Fransada növbəti inqilab baş vermədi. Bütün bunlar onu göstərir ki, manipulyativ addımlar, emosional intekllekt və siyasi mübarizənin şəxsi marağa yönləndirilməsi uğursuzluq sindromu kimi siyasətçinin taleyini müəyyən edir. 

Çünki cəmiyyətlər harada və hansı coğrafi məkanda, meridianda və ya paraleldə, iqlim qurşağında yaşamasından asılı olmayaraq, perspektivdə dürüstlük və sabitlik, ardıcıllıq, ictimai və milli maraqlara səmimi münasibət əsasında fəaliyyət istəyir. 

Bunu görməyəndə isə dərhal etimasızlıq baş verir. Yəni, siyasi möhtəkirlik qısamüddətli populyarlıq qazandırsa da, perspektivdə siyasi məğlubiyyət və uğursuzluq gətirir. Çünki lider cəmiyyət üçün nümunə olmalı və onun dürüstlüyü cəmiyyətə mübarizə ruhu verməlidir. 

Azərbaycanda siyasət və ya möhtəkirliyin siyasətə sirayəti 

Siyasətdə möhtəkirlik edənlərlə qarşılaşmaq Azərbaycan cəmiyyətindən də yan keçməyib. Müstəqilllik tariximizdən başlayaraq, müxtəlif forma və məzmunda bununla qarşılaşmışıq. 

İctimai emosiyaları manipulyasiya elementinə çevirmək, qrup maraqları ilə xalqı özünün düşüncələrinin ifadəçisinə çevirmək kimi cəhdlər bu gün də davam etməkdədir. Əvvəllər Qarabağ problemi siyasi möhtəkirlik elementinə çevrilsə də, torpaqlarımız işğaldan azad edildikdən sonra bundan istifadə imkanları tükənib. İndi siyasi möhtəkirliyin hədəf taxtalarına sosial-iqtisadi məsələlər, demokratik dəyərlərdən sui-istifadə, demokratik dəyərlərə sayğı və onun müdafiəsi daxildir. 

Bu gün Əli Kərimli və onun ətrafında toplaşan bir qrup ictimai emosiyalarla al-ver etməyə çalışır. Azadlıq və demokratiya pərdəsi adı altında insanların siyasi şüuruna təsir və onların vasitəsi ilə öz korporativ maraqlarının təmininə cəhd edir. Ancaq ölkə vətəndaşları Əli Kərimlinin siyasi keçmişi, fəaliyyəti və idarəetməsi haqqında, rəhbərlik etdiyi partiyada, iştirakçısı olduğu hərəkat və ittifaqlarda onun azadlıq, demokratik prinsiplərə olan sayğısızlığının, bu idealların yalnız onun üçün manipulyasiya baxımından xarakterik olduğunun fərqindədir. 

Artıq onun fəaliyyətinin siyasi möhtəkirlik səviyyəsinə keçdiyini hər kəs bilir. Buna görə də Əli Kərimliyə olan inam və etimad siyasi şkalanın start nöqtəsindən də aşağıdadır. Bu günün mübaliğəsiz reallığıdır ki, Əli Kərimlinin fəaliyyətində siyasi möhtəkirlik ona faciəvi şəkildə təsir edib.

Nəticədə onun ictimai dəstəyi yoxa çıxıb, sosial baza itirilib. Kiçik bir misal göstərməklə fikrimizin şişirtmə yox, obyektiv olduğunu təsdiqləmək olar. Bir vaxtlar Əli Kərimlinin mənsub olduğu təşkilatın sosial bazasının bir zamanlar kifayət qədər böyük olduğu çoxlarına məlumdur. Lakin indi onun və adını mənimsədiyi həmin təşkilatın hansı durumda olduğu da geniş ictimaiyyətə məlumdur. 

İndiki sosial baza dördrəqəmli ədədlə ölçülsə də, ümumi say rəsmi qeydiyyat sayından aşağıdır, yuxarı deyil. Bu, onu göstərir ki, siyasi etimadı itirən bir şəxs olaraq, o, siyasi təcrid dönəmindədir. Bu siyasi təcrid isə təkcə seçicilərdən və ya insanlardan deyil, həm də onunla eyni düşərgəni bölüşən təşkilatlardan da gəlir. 

Eyni zamanda, mənsub olduğu təşkilatdan zorla uzaqlaşdırılanlar, yaxud özləri gedənlər onun metod və siyasi taktikasının manipulyativliyini, bütün fəaliyyətinin siyasi möhtəkirliyi ehtiva edən elementlərdən ibarət olduğunu dəfələrlə mediada açıqlayıblar. 

Əli Kərimlinin fəaliyyətinin ən güclü tərəflərindən biri sosial media hesab olunurdu. Bir zamanlar yanında olanların, şəxsən ondan sosial media fəaliyyəti ilə bağlı göstəriş alanların təkzibolunmaz arqumentlərinə görə, bu da doğru-dürüst fəaliyyət olmayıb. Belə ki, şəxsən özünün və ona sadiq olan şəxslərin hər birinin əlində kifayər qədər “fake” sosial platforma hesabları olub və bunun vasitəsilə ictimai rəyi manipulyasiya etməyə çalışıblar. 

Lakin səmimi və dürüst olmayan mübarizə metodlarının tətbiqi onun sosial media fenomenliyinə də təsirsiz ötüşməyib. Artıq nə o baza, nə də aldadıcı gücə malik sosial media menecerliyi qalıb. Praktik fəaliyyəti uduzan Əli Kərimli siyasi möhtəkirliklə məşğul olduqca, sosial mediada tükənib və indi onun təsir gücü adi bir blogerin təsirindən də aşağıdır. 

İndi ümidlərini Avropanın Azərbaycana qarşı qərəzli olan bəzi qurumlarına, ABŞ Konqresində təmsil olunan və fəaliyyətlərində erməni millətçiliyini dəstəkləyən bəzi konqresmenlərə qalıb. Lakin o da fayda vermir. Birincisi, Azərbaycan xalqı qəbul etmir, ikincisi isə o dəstək də tam deyil. 

Çünki Azərbaycan dövlət olaraq həm Avropa ölkələri, həm də ABŞ-nin yeni administrasiyası tərəfindən tərəfdaş ölkə kimi qəbul edilir. Bu gün Azərbaycan Avropanın enerji təchizatında etibarlı tərəfdaş sayılan əsas ölkədir. 

Əli Kərimli isə əlində olan bütün rıçaqlarla kimlərisə aldatmaq və öz siyasi taleyinin çöküşünü gizlətmək üçün “fake” statuslar tirajlamaqdadır. Bütün bunlar isə məhz reallığı əks etdirməyən fəaliyyət, siyasi mübarizliyin səmimilikdən uzaq olması və manipulyasiyanın siyasi taktika olaraq strateji alətə çevrilməsidir. 

Reallıq odur ki, baş verən nüfuz itkisi, tərəfdar sayının azalması və təsir gücünün tamamilə itməsi onun fəaliyyətindəki siyasi möhtəkirliyin acı nəticəsidir. 

Rəfail Becanov
“Cebhe.info” xəbər portalı və “Cümhuriyət” qəzetinin rəhbəri 

Açar sözlər: Əli Kərimli siyasi möhtəkirlik Rəfail Becanov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 May 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri