Siyəzəndə torpaq sürüşməsi: Körpü uçdu FOTOLAR
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Siyəzən rayonunda torpaq sürüşməsi baş verib.
“Yeni Sabah” xəbərinə görə, hadisə Məşrif kəndinə qeydə alınıb.
Nəticədə kəndlə rayon mərkəzini birləşdirən yolun üzərindəki körpü uçub.
Bu hal kənd sakinlərinin rayon mərkəzi və digər bölgələrlə əlaqəsinə ciddi çətinliklər yaradıb.
Kənd sakinlərinin müraciəti əsasında əraziyə baxış keçirilib, mövcud vəziyyət yerində araşdırılıb və müvafiq qeydlər aparılıb. Məsələnin aradan qaldırılması və körpünün bərpası istiqamətində zəruri tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara müraciət olunacağı bildirilib.
Qeyd edək ki, analoji hal rayonun Sədan kəndi ərazisində də yaşanıb. Aprelin 9-da kəndin ərazisində torpaq sürüşməsi olub, yarğanlar əmələ gəlib. Hazırda ərazi nəzarətdə saxlanılır, sürüşmə proseslərinin dinamikası izlənilir və mütəmadi monitorinqlər aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 18 Aprel 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















