Slot: “Əgər sən “Liverpul” üçün oynayırsansa, məqsəd həmişə birdir qalib gəlmək”
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Liverpul”un baş məşqçisi Arne Slot ardıcıl dörd dəfə məğlubiyyətə uğrayan komandanın uğursuzluq seriyasını şərh edib.
İdman.Biz-in məlumatına görə, “qırmızılar” Çempionlar Liqası çərçivəsində bu gün səfərdə “Ayntraxt Frankfurt”la qarşılaşacaq.
“Əvvəlki matçda qalib gəlməyimizin və ya uduzmağımızın fərqi yoxdur. Əgər “Liverpul”da oynayırsansa və bu formanı geyinirsənsə, məqsədin hər oyunda qalib gəlməkdir. Mövsümə ardıcıl yeddi qələbə ilə başlamışıq və növbəti üç qələbəni qazanmaq istəyirdik, amma bu, baş vermədi. İndi dörd məğlubiyyətimiz var və əlbəttə ki, qələbə ritminə qayıtmaq istəyirik. Amma dediyim kimi, fərqi yoxdur, siz dörd oyunda ardıcıl uduzmusuz, ya udmusuz. Əsl “Liverpul” həmişə qalib gəlmək üçün oynamalıdır”, – Slot deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 22 Oktyabr 2025 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















