Icma.az
close
up
RU
Slovakiya Aİ üzvü kimi Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanlar təqdim edir

Slovakiya Aİ üzvü kimi Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanlar təqdim edir

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyaya səfəri iki ölkə arasında münasibətlərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu səfər iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrin intensivləşməsinə imkan yaratmaqla yanaşı, həm də ikitərəfli əməkdaşlığın gələcək istiqamətlərinin müəyyən edilməsinə xidmət edir”.
Bu fikirlər Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Azərbaycan Prezidentinin Slovakiyaya səfərini şərh edərkən səsləndirib. Millət vəkili qeyd edib ki, Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanlar təqdim edir:
“Səfər çərçivəsində sənaye, enerji, nəqliyyat və ticarət sahələrində layihələrin müzakirəsi iki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinə töhfə verir”.
İlham Məmmədov ikitərəfli əlaqələrdə enerji faktorunun mühüm rol oynadığını vurğulayaraq deyib ki, Avropaya qaz ixracında diversifikasiya, Cənub Qaz Dəhlizi və digər mövcud nəqliyyat yolları vasitəsilə Azərbaycan qazının Avropaya ötürülməsinin genişləndirilməsi planlarında Slovakiya da iştirak edir:
“Bu, Avropa üçün enerji təhlükəsizliyinin artırılması, Azərbaycana isə ixrac bazasının və strateji əhəmiyyətinin genişlənməsi deməkdir. Bildiyiniz kimi SOCAR-dan uzunmüddətli qaz tədarükü edən Slovakiyanın əsas qaz təchizatçısı SPP artıq 2024-cü ildə SOCAR ilə pilot kontrakt imzalayıb. Bu, Slovakiyaya alternativ, Rusiya qazından asılı olmayan təchizat mənbəyi verir.
Rusiyadan qaz asılılığının azalması, və Avropa ölkələri üçün alternativ tədarük mənbələrinin tapılması kontekstində, Azərbaycan-Slovakiya əməkdaşlığı regionda enerji balansını dəyişə bilər”.
Millət vəkili diqqəti yaşıl enerji sahəsində mümkün əməkdaşlığa da yönəldib. Bildirib ki, yüksək səviyyəli görüşlərdə yalnız qaz tədarükü yox, həmçinin “yaşıl enerji” və qaz şəbəkələrinin “yaşıl” elementlərə adaptasiyası da gündəmə gəlir:
“Bu, uzunmüddətli perspektivdə daha ekoloji və davamlı enerji əməkdaşlığı deməkdir”.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Dekabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri