Icma.az
close
up
RU
Şöbə müdiri: Yaşıl artım portalı qlobal əhəmiyyət kəsb edən elektron resursdur

Şöbə müdiri: Yaşıl artım portalı qlobal əhəmiyyət kəsb edən elektron resursdur

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Yaşıl artım" portalı təkcə Azərbaycan üçün yox, qlobal əhəmiyyət kəsb edən elektron resursdur".

Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutan təqdimatda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov deyib.

H.Hüseynov söyləyib ki, "Yaşıl artım" portalında 120-dən çox ölkənin yaşıl inkişafa aid göstəricilərinin əks olunması nəzərdə tutulub:

"Bu göstəricilər yaşıl təchizat zəncirinin formalaşdırılmasına və qlobal dekarbonizasiya proseslərinə töhfə verəcək, həmçinin məlumatların əlçatanlığını təmin edəcək.

Eyni zamanda, "Yaşıl artım" portalında maksimal elektrikləşmə siyasəti həyata keçirən ölkələrlə bağlı məlumatların əks olunması nəzərdə tutulub".

Şöbə müdiri vurğulayıb ki, "Yaşıl artım" COP29 çərçivəsində Azərbaycan hökumətinin maliyyəsi hesabına ərsəyə gələ portaldır:

"Qlobal çirkləndirmədə Azərbaycanın payının 0,13 faiz təşkil etməsinə baxmayaraq, ölkəmiz qlobal dekarbonizasiya prosesinə, iqlim dəyişmələri ilə mübarizəyə nəinki yerli və regional, eyni zamanda, qlobal səviyyədə öz töhfəsini verməyə davam edəcək. Portalın demo versiyasının təqdimatı bu gün həyata keçirildi. Portalın 2025-ci ilin mart ayına qədər tamamilə ərsəyə gəlməsi və qlobal istifadəçilərin ixtiyarına verilməsi nəzərdə tutulub".

Şəhriyar Səmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Noyabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri