Şöbə rəisi: Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ var
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26-cı maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ var".
Bunu APA-ya müsahibəsində 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova deyib.
O bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd edilən maddəsinə əsasən, fiziki şəxsin adı adlardan deyil, yalnız addan ibarət ola bilər: "Həmçinin Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.5-ci bəndinə əsasən, adın verilməsindən və ya dəyişdirilməsindən imtina barədə qeydiyyat orqanının qərarından inzibati qaydada (və ya) məhkəməyə şikayət verilə bilər".


