Icma.az
close
up
RU
Şolts Merkelin Aİ də formalaşdığı Almaniya liderliyini yerlə yeksan etdi

Şolts Merkelin Aİ də formalaşdığı Almaniya liderliyini yerlə yeksan etdi

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniya parlamentinə keçirilən növbədənkənar seçkilərin başa çatmasından sonra ilk "exit-poll" nəticələrinə görə, Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik (CDU/CSU) partiyalar bloku qalib olub. Belə ki, seçicilərin 83 faizi iştirak etdiyi seçkilərdə CDU/CSU 28,5% səs toplayıb. 

Bu seçkilərdən sonra Almaniyanın Avropanın digər ölkələri ilə, eləcə də Azərbaycanla münasibətində hansısa dəyişikliklər gözlənilirmi?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Almaniyada 4 ildən sonra ilk dəfə olaraq, Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik (CDU/CSU) blokunun seçkilərdə qalib gəlməsi gözlənilən idi. Çünki Sosial Demokratların hakimiyyəti dövründə Almaniyanın Avropadakı liderliyi Fransaya keçmişdi:

"Faktiki olaraq, Almaniyanın Avropa İttifaqı daxilindəki mövqeyi yoxa çıxmışdı və bu müddət ərzində dünya siyasətində zəif siyasətçi kimi yaddaşda qaldı. Son 4 il ərzində Rusiya-Ukrayna münaqişəsi və bir sıra siyasi proseslər cərəyan etdiyi halda, Almaniya  aparıcı dövlət kimi çıxış edə bilmədi. Xüsusən də Donald Trampın hakimiyyətə gəlməsindən sonra Almaniyanın Kansleri Olaf Şolts ABŞ qarşısında Avropa İttifaqını müdafiə edə bilmədi. Halbuki Fransa prezidenti Emmanuel Makron kifayət qədər zəif siyasətçi olduğu üçün Olaf Şolts onu asanlıqla üstələyə bilərdi. Almaniyanın liderliyi yalnız Almaniya kansleri Angela Merkelin fəaliyyəti dövründə baş tutub. Şolts Merkelin Avropa İttifaqında formalaşdığı Almaniya liderliyini yerlə-yeksan edib".

Müsahibimizin sözlərinə görə, Seçkilərdə Azad Demokrat Partiyası (FDP) 4,3 faiz səs toplayıb və bu, ciddi səs itkisidir. Radikal sağçılar isə kifayət qədər yüksəlib.

Politoloq hüsab edir ki, Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik (CDU/CSU) blokunun qalibiyyətinin başlıca səbəbi Angela Merkel siyasəti ilə bağlıdır:

"Alman xalqı Merkelin siyasətinə səs verdi. Almaniya Xristian Demokrat İttifaqının lideri Fridrix Merts dəfələrlə açıqlamasında Almaniyanın yenidən dirçəlməsi və Avropada liderliyə nail olmaq niyyətində olduğunu bildirib". 

Zeynal Əmrəliyev: Bütün dövrlərdə Berlinin Azərbaycanla münasibətləri normal səviyyədə olub

Z.Əmrəliyev qeyd edib ki, hansı partiyanın hakimiyyətlə olmasından asılı olmayaraq, Azərbaycan-Almaniya münasibətləri yüksələn xəttlə davam edib. Bütün dövrlərdə Berlinin Azərbaycanla münasibətləri normal səviyyədə olub. 

"Hətta müharibə dövründə də Almaniyanın digər Avropa ölkələri, xüsusən də Fransa ilə müqayisədə daha çox bitərəf mövqe sərgilədiyinin şahidi olduq. Almaniya tərəfi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı müvafiq addımlar da atmışdı. Sadəcə olaraq, Merkel hökuməti ilə müqayisədə Olaf Şolts hökuməti bir qədər ermənipərəst mövqe sərgilədi. Xüsusilə də Almaniya xarici işlər naziri Annalena Berbok Cənubi Qafqaz səfəri zamanı Ermənistana qarşı daha yaxın münasibət sərgiləmişdi. Onun COP29 tədbirində iştirakı zamanı səsləndirdiyi fikirlər Aəzrbaycanla Almaniya arasındakı münasibətlərə bir qədər soyuqluq gətirmişdi. Lakin CDU/CSU dövründə iki ölkə arasındakı münasibətlərin yaxşılaşacağı gözləniləndir", - deyə müsahibimiz vurğulayıb.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Fevral 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri