Şolts Zelenskiyə Putinlə telefon danışığının təfərrüatını açıqlayıb Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon söhbəti zamanı Rusiya prezidenti Vladimir Putinlə apardığı danışığın təfərrüatlarını bölüşüb.
Bu barədə Zelenskinin Teleqram kanalında məlumat yayılıb.
"Almaniya kansleri Putinlə zənginin təfərrüatları barədə məlumat verdi",- deyə Zelenski bildirib.
O, Şoltsa Ukraynaya dəstəyi davam etdirməyə hazır olduğu üçün təşəkkür edib. Həmçinin tərəflər Kiyevi gücləndirmək üçün ikitərəfli addımlar və müttəfiqlərin atacağı tədbirləri müzakirə ediblər.
Xatırladaq ki, 15 noyabr tarixində Putin və Şolts iki ilə yaxın fasilədən sonra ilk dəfə telefon danışığı aparmışdılar. Danışıqlar zamanı Şolts Ukrayna ilə "ədalətli və uzunmüddətli sülh" naminə müzakirələrə başlamağa çağırmışdı. Putin isə Rusiya tərəfinin danışıqlardan heç vaxt imtina etmədiyini vurğulamış və münaqişənin əsas səbəblərinin aradan qaldırılmasının vacibliyini qeyd etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 29 Noyabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















