Son halı görənləri təəccübləndirdi: “Avrupa Yakası”nın Qaffuru TANINMAZ HALDA FOTOLAR KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Maskeli Beşlər” filmindəki “Bahattin” və “Avrupa Yakası” serialındakı “Qaffur” obrazları ilə yadda qalan məşhur aktyor Peker Açıkalının son görünüşü sosial mediada böyük maraq doğurub.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, son illərdə ekranlardan uzaq həyat sürən aktyor ötən il sağlamlıq problemləri ilə gündəmə gəlib.
Onun beyin qanaması keçirdiyi, danışmaqda və yeriməkdə çətinlik çəkdiyi iddia olunurdu. Lakin məşhur aktyor həkimi ilə birlikdə paylaşdığı videoda bu iddiaları təkzib edərək, “Yazılan yalan xəbərə inanmayın, səhhətim yaxşıdır. Danışığımda, yeriməyimdə heç bir problem yoxdur” – deyib.
Yeni imici ilə diqqət çəkdi“Instagram” hesabında yeni görüntüsünü paylaşan aktyorun imicindəki dəyişiklik izləyicilərini təəccübləndirib.
Saçlarını tamamilə qırxdıran və bığ saxlayan Açıkalın paylaşımında qeyd edib:
“Selanik kökənli, Beyoğlu qeydiyyatında olan, Dolapdərədə böyümüş, Kuva-yi Milliyəçi bir TÜRK vətəndaşı olaraq, bu mənim yeni imicimdir… NE MUTLU TÜRKÜM deyənlərə”.
Peker Açıkalın daha əvvəl “Gülcemal”, “Vezir Parmağı”, “Yahşi Cazibe”, “Türklər Çıldırmış Olmalı”, “Hababam Sınıfı Askerde”, “Maskeli Beşlər” və “Ekmek Teknesi” kimi məşhur layihələrdə rol alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 13 Aprel 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















