Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

“Sonuncu dəfə Gürcüstanda olanda şahidi oldum ki, Saakaşvilinin xeyli dayağı var...”

“Sonuncu dəfə Gürcüstanda olanda şahidi oldum ki, Saakaşvilinin xeyli dayağı var...”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Çünki həmin ölkədə demokratiyanın inkişafında, hüquqi dövlətin yaranmağında, gələcək nəsli düşünəcək bir sistemin formalaşmasında Saakaşvilinin rolunu nə gürcülər, nə də digər millətlərin nümayəndələri danır..."

“Bununla belə, düşünürəm ki, Gürcüstandakı demokratik hərəkatın nəticə verməsi üçün daha yeni liderlərə də ehtiyac var...”

Xəbər verildiyi kimi, hazırda Tiflisdə həbsdə olan Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin yaratdığı “Vahid Milli Hərəkat” partiyası ölkədə yeni “qızılgül inqilabı” hazırlayır. 

“4 oktyabrda bizim tam konstitusion hüququmuz var ki, bu rus rejimini, hansı ki, bütün konstitusion çərçivələrdən çıxıb, sülh yolu ilə devirək. Məhz "qızılgül inqilabı"nda olduğu kimi — sülh yolu ilə, xalqın birliyi və mübarizəsi ilə”. Bunu sözügedən partiyanın üzvü Ana Tsitlidze açıq bəyanatla çıxış edərək bildirib.

Qeyd edək ki, oktyabrın 4-də  Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək. 

Xatırladaq ki, 2003-cü ilin noyabrında Gürcüstanda “qızılgül inqilabı” baş vermişdi. 23 noyabrda müxalifətin kütləvi aksiyaları nəticəsində o vaxtkı prezident Eduard Şevardnadze istefa verməyə məcbur olmuşdu. Bu prosesin önündə Mixeil Saakaşvili, Zurab Jvaniya və Nino Burcanadze dayanırdı. Qısa müddət sonra Saakaşvili prezident seçilərək hakimiyyətə gəlmişdi. Mixeil Saakaşvili isə 2021-ci il oktyabrın 1-də gizli şəkildə Ukraynadan Gürcüstana qayıtdıqdan dərhal sonra həbs olunub. Gürcüstan məhkəməsi onu səlahiyyətlərindən sui-istifadə və korrupsiya ittihamları ilə məhkum edib. Hazırda o, Tiflisdə həbsxanada saxlanılır və səhhətinin ağır olması ilə bağlı beynəlxalq təşkilatlar dəfələrlə Gürcüstan hakimiyyətinə müraciət ediblər.

Bəs görəsən, dünyada və regiondakı hazırkı geo-siyasi reallıqda Gürcüstanda yeni bir inqilab həyata keçirmək mümkündürmü?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti,  siyasi fənlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov bunları söyləyib:

“Əvvəla, digər region və ölkələrdə olduğu kimi, Gürcüstandakı ictimai-siyasi proseslər də dünyada bu gündən sabaha baş verən hadisələrdən çox asılıdır. Yəni son vaxtlar beynəlxalq şərait o qədər sürətlə dəyişir ki, ona görə də hansı halda hansı hadisələrin olacağını əvvəlcədən proqnozlaşdırmaq çox çətin olur. 

İkincisi, hesab edirəm ki, Rusiyanın gücü tam tükənməyib və regionda, o cümlədən Gürcüstandakı dayaqları hələ möhkəmdir. Və gürcülərin də bu amili nəzərə alaraq hərəkət etməsi daha məqsədəuyğun olar. Gedişatdan onu görürük ki, hətta Amerika və Avropanın özü də Rusiyanın digər məkanlarda olduğu kimi, Cənubi Qafqazdakı addımlarına da qarşı radikal addımlar ata bilmir. Bununla belə, hesab edirəm ki, Rusiya getdikcə zəifləyəcək, tükənəcək. Çünki bu ölkə imperiya siyasətini davam etdirdiyinə görə artıq nüfuzunu itirib. Özü də yalnız bölgədə yox, bütün dünyada... O baxımdan Gürcüstanın Rusiyanın caynaqlarından tam qurtulması üçün hərəkatı qısa, yaxın bir müddətdə yox, uzun vadədə strateji şəkildə düşünüb həyata keçirmək daha ağıllı və qansız-qadasız başa gələ bilər”.

“Bəs sizcə, eks-prezident Mixeil Saakaşvilinin Gürcüstanda belə bir hərəkatın həyata keçirilməsi üçün kifayət qədər elektorata malikdirmi” sualına isə həmsöhbətimiz belə cavab verib:

“Mən sonuncu dəfə Gürcüstanda olanda şahidi oldum ki, Saakaşvilinin xeyli elektoratı, dayağı var. Çünki həmin ölkədə demokratiyanın inkişafında, hüquqi dövlətin yaranmağında, gələcək nəsli düşünəcək bir sistemin formalaşmasında Saakaşvilinin rolunu nə gürcülər, nə də digər millətlərin nümayəndələri danır. Bununla belə, düşünürəm ki, Gürcüstandakı demokratik hərəkatın nəticə verməsi üçün daha yeni liderlərə də ehtiyac var. Yalnız köhnə liderlərlə bunun həyata keçirilməsi imkansızdır...”

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Sentyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri