Icma.az
close
up
RU
Soyadların milli formaya uyğunlaşdırılması Niyə LƏNGİYİR?

Soyadların milli formaya uyğunlaşdırılması Niyə LƏNGİYİR?

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Məlumdur ki, “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Milli Məclisin 02.02.1993-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

Həmçinin Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsi əsasında onun mövcud soyadının sonluğuna dəyişiklik edilir.

Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir.

Şəxsin soyadının sonluğu dəyişdirildikdə onun vətəndaşlıq vəziyyətinə dair akt qeydlərində (doğumu, nikahı, övladlarının doğumu və sair) soyadının sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə yeni şəhadətnamələr təqdim olunur.

Soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlərin verilməsi üçün rüsum nəzərdə tutulmayıb.

Eyni zamanda yenidoğulmuş uşağın doğumunun qeydə alınması zamanı müraciət edən şəxs uşağın soyadının valideynlərin soyadlarına uyğun Milli Məclisin müvafiq Qərarındakı sonluqlardan biri və ya sonluqsuz forma ilə qeyd olunmasını seçə bilər. Hazırda soyadın sonluğunun seçilməsi zamanı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.

Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili Ceyhun Məmmədov deyir ki, soyadlarının sonluqlarının dəyişdirilməsi daha çox vətəndaşlardan asılı bir məsələdir:

“Hüquqi baza tam formada formalaşıb. Sadəcə vətəndaşlar bu prosesdə fəal olmalıdırlar. Çalışılıb bu məsələdə vətəndaş mövqeyi nümayiş etdirilməlidir. Praktika göstərir ki, bu tip məsələlərdə dövlət hansısa addım atanda vətəndaşlar narazılıq edirlər.Guya ki, dövlət vətəndaşları nəyəsə məcbur edir. Ona görə də vətəndaşlar belə məsələlərdə daha maraqlı və həssas olmalıdırlar. Təbii ki, ictimai maraq da olmalıdır. Hər kəs milli soyadı sonluqlarının təşviqində fəallıq göstərməlidir. Axı, bu bir az da milli kimlik məsələsidir?!”

News24.az xəbər verir ki, Millət vəkili Elşad Musayevsə məsələ ilə bağlı Bizim.Media-ya bunları dedi:

“Soyadı sonluqlarının dəyişdirilməsi ilə bağlı bitkin qanunvericilik bazası yaradılıb. Amma nədənsə bu məsələyə ictimai maraq yoxdur.Hesab edirəm ki, bu məsələdə ciddi addımlar atılmalı və proses sadələşdirilmiş formada keçirilməlidir. Bu məsələdə ən maraqsız təbəqə orta və yaşlı nəsildir. Bu da onunla bağlıdır ki, soyadı sonluqları dəyişdirilərkən bütün sənədlərdə dəyişikliklər edilməlidir. Ona görə də bir çox insanlar bu məsələdə sadəcə tənbəllik edirlər.

Yeni nəsildə isə vəziyyət bir qədər fərqlidir. Onların çoxu soyad sonluqlarını yeniləyirlər. Bu məsələyə ictimai marağı artırmaq üçün təbliğat işi gücləndirilməlidir.Eyni zamanda proses sadələşdirilməlidir. Soy adınının sonluğunu dəyişdirən şəxs qapı-qapı gəzib sənədlərini qaydaya salmamalıdır. Bunlar hamısı E-Hökümət portalı vasitəsi ilə edilsə, vətəndaşlar da məsələdə həvəsli olar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:276
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 İyul 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri