Soydaşımız Türkiyə millisinin baş məşqçisidir
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan əsilli sabiq idmançı Ramil Quliyev Türkiyənin atletika üzrə gənclərdən ibarət millisinin baş məşqçisi təyin olunub. Bu barədə 34 yaşlı keçmiş atletin özü məlumat verib. R.Quliyev Türkiyə Atletika Federasiyasının bu vəzifəni ona həvalə etdiyini bildirib. Lakin müqavilənin detalları hələlik bəlli deyil.
Titullu idmançı ötən ay peşəkar karyerasını başa vurub. Qeyd edək ki, Ramil Quliyev 2011-ci ilə qədər Azərbaycan millisinin şərəfini qoruyub. Sonradan “ay-ulduzlu” formanı geyinən həmyerlimiz 2017-ci ildə dünya, 1 il sonra isə Avropa çempionu adını qazanıb. Ramil Quliyev Türkiyədə 2018-ci ilin ən yaxşı idmançısı seçilib.
XQ
Bu mövzuda digər xəbərlər:Qərbi Azərbaycandan olan soydaşımız Türkiyə Yaponiya əməkdaşlığına töhfə verir
01 May 2025 17:00
Soydaşımız Almatı sənət məclisində
01 May 2025 12:59
Tarzən soydaşımız mədəniyyət elçisidir
03 İyul 2025 11:14
Soydaşımız Rusiyada deputat seçildi
15 Sentyabr 2025 10:57
Genlərin sirlərini açan soydaşımız
21 Oktyabr 2025 10:51
Baxış sayı:114
Bu xəbər 19 Dekabr 2024 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















