“Soydaşlarımız Gürcüstanın həm siyasi, həm də mədəni həyatında mühüm rola malikdirlər
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstan azərbaycanlıları “Etnik azlıqların dili” fənninin təhsil proqramından çıxarılmasını və onun əvəzinə “Azərbaycan dili və ədəbiyyatı” fənninin daxil edilməsini istəyirlər.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov bildirdi ki, bu, çox vacibdir.
"Çünki Gürcüstanda yaşayan azərbaycanlıların sayı kifayət qədər çoxdur, azərbaycanlılar Gürcüstan əhalisinin mühüm bir hissəsini təşkil edir. Təxminən 240 000 nəfərə yaxın sayı olan azərbaycanlılar niyə milli azlıq olsun ki? Digər tərəfdən də nəzərə alsaq ki, o ərazilərin müəyyən bir hissəsi tarixi Azərbaycan torpaqlarıdır. Öz adət-ənənələrini, mədəniyyətimizi, dilimizi qoruyub saxlayıblar. Oradakı soydaşlarımız Gürcüstanın həm siyasi, həm də mədəni həyatında mühüm rola malikdirlər", - deyə o vurğuladı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 21 Oktyabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















