Icma.az
close
up
RU
Soyuducuda qatıq mayalamaq olar?

Soyuducuda qatıq mayalamaq olar?

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Soyuq fermentasiya üsulu südün temperaturunu qoruyaraq mayalanmanın daha yavaş və nəzarətli şəkildə getməsini təmin edir. Bu, qatığın sulanma ehtimalını minimuma endirir və ona peşəkar dükan məhsullarını geridə qoyan bir bərklik verir.

Milli.Az xəbər verir ki, qatığın bərk olması üçün ilk şərt südün tərkibindəki artıq suyu yox etməkdir.

Çiy südü qaynadarkən ən az 10 dəqiqə ərzində kəfkirlə havaya sovuraraq (havalandıraraq) qaynadın. Bu proses südün özünü qatılaşdırır və mayalanma sonrası daha sıx bir tekstura yaradır.

Soyuducuda mayalanma prosesinin uğurlu başlaması üçün südün temperaturu çox vacibdir.

Südün 45-47°C dərəcə olduğundan əmin olun. Bu dərəcə mayanın aktivləşməsi üçün lazımdır.

Südü tökəcəyiniz bankaların ilıq olması məsləhətdir ki, süd temperaturunu qəfil itirməsin.

Soyuducunun soyuq mühitində mayalanmanın davam etməsi üçün süd temperaturunu birdən-birə deyil, çox yavaş itirməlidir.

Mayaladığınız bankaları plastik və ya taxta bir qabın içinə yerləşdirin və ətrafını qalın bir parça ilə möhkəm sarın. Taxta və plastik istiliyi gec ötürdüyü üçün fermentasiya soyuducunun daxilində çox zərif bir şəkildə davam edəcək.

Bu şəkildə bükülmüş bankaları soyuducuya qoyun.

Yavaş gedən fermentasiya prosesi qatığın dadını daha yumşaq və şirin saxlayır. Bu üsulla hazırlanan qatıqların üstünlükləri bunlardır:

Qaşığı daldırdıqda qəlib kimi çıxan bir qatıq əldə edirsiniz.

Ənənəvi qatıqlardan fərqli olaraq, soyuducuda mayalanan qatıq günlərlə öz təravətini saxlayır və tez turşumur.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Aprel 2026 06:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri