Soyuqdəymə zamanı belə corabda yatmayın: Həkimlərin MƏSLƏHƏTİ
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ayaqlar isti olduqda insan həqiqətən daha tez rahatlaşır və daha sürətli yuxuya gedir. Lakin corabla yatmaq sağlamlığa zərər verə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bir çox insan corabla yatmağı sevir və bunun daha komfortlu olduğunu düşünür. Hətta belə halda yuxunun daha tez gəldiyi də məlumdur.
Ancaq mütəxəssislərin fikrincə, corabla yatmaq sağlamlıq üçün təhlükəsiz deyil. Corablar qan dövranını yaxşılaşdıra bilər, lakin uzun müddət geyinildikdə əksinə, onu zəiflədə də bilər. Corablar çox sıx olduqda və ya mütəmadi dəyişdirilib yuyulmadıqda ayaq gigiyenasını pisləşdirə bilər. Uyğun olmayan materialdan hazırlanmış corablar infeksiya riskini artırır. Buna görə də dəriyə uyğun, məsələn, pambıq material seçmək vacibdir.
Uyğun olmayan corablar bədənin həddindən artıq isinməsinə səbəb ola bilər. Narahatlıq yaradan corablar yuxunun keyfiyyətini aşağı sala bilər.
Yatmazdan əvvəl ayaqları isitmək üçün alternativ üsullar
Ayaqları yatmazdan əvvəl isitmək üçün aşağıdakı üsullardan istifadə etmək olar:
İsti yağ ilə masaj etmək
Ayaqları ilıq su ilə yumaq və yorğana bürümək
İstilik yastığından istifadə etmək və ayaqlar isindikdən sonra onu çıxarmaq
Yatmazdan bir saat əvvəl çox isti corab geyinmək və yatmazdan əvvəl çıxarmaq
Unutmayın ki, əgər həssas dəriniz varsa, gecə corab geyinməyin sizin üçün uyğun olub-olmadığını öyrənmək üçün həkimlə məsləhətləşmək lazımdır.
Baxış sayı:111
Bu xəbər 28 Aprel 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















