Icma.az
close
up
RU
Spallettidən İkardi be Vanda ilə bağlı tarixi etiraflar

Spallettidən İkardi be Vanda ilə bağlı tarixi etiraflar

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

''Napoli'' ilə 2022/23-də tarixi bir çempionluq qazanan, hazırda İtaliya yığmasını çalışdıran Luçano Spallettinin yeni avtobioqrafik kitabının təqdimat mərasimi keçirilib.
''Football-plus.az'' xəbər verir ki, ünlü mütəxəssis Cankarlo Dotto ilə birlikdə yazdığı kitabda karyerasının müxtəlif dönəmlərinə toxunub. Onun hazırda ''Qalatasaray''ın şərəfini qoruyan Mauro İkardi və onun sabiq həyat yoldaşı Vanda Nara ilə bağlı xatirələri diqqət çəkib. 66 yaşlı çalışdırıcı 2017-19-cu illərdə Milan nəhəngində çalışıb. İkardi isə 2013-19-cu illərdə ''İnter''də forma geyib və hətta kapitan sarğısını da daşıyıb. Spalletti Vanda üzündən İkardi ilə yaşadığı problemi və ondan kapitanlıq sarğısını almaq məcburiyyətində qalmasını bu sözlərlə qələmə verib:

''İkardi əla futbolçu idi. Cərimə meydançasında əsil yırtıcı idi. Onun kimi hücumçular çox azdı. Derbilər də daxil olmaqla vacib qollar vururdu. İkardi Filippo İnzaqinin fiziki cəhətdən daha güclü və təkmilləşdirilmiş versiyasıdı. Hətta indiyə qədər də Türkiyədə bu özəlliyini nümayiş etdirə bilir. Ancaq ''İnter''də elə bi an gəldi ki, kapitanımızın zəif nöqtəsi bəlli oldu. Onun zəif nöqtəsinin adı Vanda Nara idi. Bu, bütün komandaya baha başa gələ bilərdi. Buna imkan verə bilməzdim. Bir ara Mauro karyerasında eniş yaşamağa başladı. Məhsuldarlığı aşağı düşdü. Vanda həmin çətin məqamda jurnalistlərin qarşısına çıxaraq ''Mauronun qol vurmasını istəyənlər onun yanına səviyyəli futbolçular almalıdı'' açıqlamasını verdi. Başqa sözlə desək, Nara İkardinin komanda yoldaşlarını aşağılayaraq daha güclü futbolçulara ehtiyac duyulduğunu dedi. Bu, sadəcə inanılmaz bir açıqlama idi. Əsil ''bomba'' effekti verdi. Bu, ''vatsapp''da və ya ''instaqram''da bir cümlə ilə yola veriləsi açıqlamalardan deyildi. Artıq bəzi şeyləri müzakirə etmək üçün İkardi ilə bir-birimizin gözünün içinə baxaraq danışmalı idik. Paltardəyişmə otağında ''müharibənin'' qarşısını yalnız bir şey - İkardinin üzrxahlığı ala bilərdi. Amma üzr istəmədi. Ertəsi gün paltardəyişmə otağında bütün komandanın önündə İkardidən Vandanın sözlərinə aydınlıq gətirməsini tələb etdim. O yalnız ''Vanda bu sözləri mənim həyat yoldaşım kimi yox, menecerim kimi dilə gətirdi'' açıqlamasını verməklə kifayətləndi. Bu, yetərli açıqlama deyildi. Yavaş-yavaş durum nəzarətdən çıxırdı. Başqa çıxış yolum yox idi. İkardiyə təklikdə bəzi sözlər deməli, eləcə də kapitan sarğısını ondan alıb Handanoviçə verməli oldum. Mauro bu qərarı pis, hətta çox pis qarşıladı. Ancaq bütün komandanı itirməmək üçün onu, çox yaxşı futbolçu və insanı itirməli oldum''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 May 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri