Icma.az
close
up
RU
Spermoqramma kişi üçün ən mühüm və dəqiq məlumatlı müayinə

Spermoqramma kişi üçün ən mühüm və dəqiq məlumatlı müayinə

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sonsuzluq ilə bağlı müayinə apardıqda həkim-androloq (kişi həkimi) kişinin cinsi orqanlarını müayinə edərək, onlarda normadankənar dəyişikliklərin (əgər onlar varsa) olmasını aşkar edir.

Bu zaman həkim tərəfindən hər hansı bir patoloji hal aşkar edilərsə, tələb olunduğu halda kişini USM-ə göndərir.

Daha sonra isə kişi üçün ən mühüm və dəqiq məlumatlı müayinə olan – spermoqramma (spermanın müayinəsi) təyin edilir. “Sperma” yunan sözü olub mənası “toxum”, “qramma” isə “yazı” mənası verir. Spermoqramma – spermanın ən geniş şəkildə (fiziki xüsusiyyətləri, kimyəvi və hüceyrə tərkibi və digərləri barədə) müayinəsinin nəticəsi olub, spermatogenez (spermatozoidlərin hazırlanması) barədə dəqiq məlumat əldə edilməsinə imkan verir.

Spermoqrammanın nəticələrinin bir şəxsdə müxtəlif ola biləcəyini nəzərə alaraq, spermanın müayinəsi, aralarında 2 həftə fasilə olmaqla, 2 dəfə, göstəricilər arasında fərq çox olduqda isə 3 dəfə olmaqla aparılır.

Göstəricilərin maksimal şəkildə dəqiq olması üçün spermanı müayinəyə verməmişdən 3-5 gün əvvəl (bu müddətdən nə az, nə də çox olması məsləhətdir) cinsi əlaqədən çəkinmək lazımdır. Spermanın müayinəsini laboratoriyada vermək daha yaxşı olar. Çünki spermanın soyuması onun müayinəsinin göstəricilərinin təhrif olunmasına səbəb olur.

Eyakulyatın həcmi – spermanın ən vacib xüsusiyyətlərindən biridir. Onun həcminin 2 ml-dən az olması, kişi sonsuzluğunun (oliqospermiya) səbəbi kimi qiymətləndirilə bilər. Bu zaman problem yalnız az miqdarda eyakulyatda spermatozoidlərin də az olmasında deyil. Hətta bu zaman spermatozoidlərin sayı normadan artıq olsa da, normal mayalanma üçün təhlükənin olması mövcud olur. Bəs bu necə ola bilər?

İş orasındadır ki, bu zaman uşaqlıq yoluna düşmüş spermatozoidlər onlar üçün aqressiv (çətin) olan şəraitlə qarşılaşırlar. Belə ki, uşaqlığın turşulu mühiti spermatozoidlər üçün çox zərərli hesab edilir (spermatozoidlər ancaq qələvi mühitdə mövcud ola bilirlər) və onların əksər hissəsi ilk 2-3 saat ərzində məhv olurlar. Bu müddət ərzində daha hərəkətli və “sağlam” olan spermatozoidlər uşaqlıq boşluğuna daxil olmalıdırlar. Uşaqlıq boşluğunda olan mühit onlar üçün daha əlverişlidir (spermatozoidlər uşaqlıqda və uşaqlıq borularında, 3 günə qədər olan müddət ərzində hərəkətli olaraq qala bilərlər). Toxum mayesi (və ya toxum plazması) müəyyən bir müddət ərzində uşaqlıq yolunun turşuluğunu bir qədər azaldaraq aktiv spermatozoidlərin uşaqlıq boşluğuna keçməsinə kömək edir. Belə güman edirlər ki, az miqdarda olan toxum mayesi bu funksiyanın “öhdəsindən gələ bilmir”: toxum mayesi nə qədər az olarsa, uşaqlıq yolundakı turş mühitin zərərli təsirindən spermatozoidləri daha az müddət ərzində qoruya bilir. Bundan başqa, kişinin toxum plazması müəyyən müddət ərzində qadın immunitetinin təsirini (qadın orqanizmi üçün kişi spermatozoidləri yad mikroorqanizm hesab edilir) zəiflətmək xüsusiyyətinə də malikdir. Toxum plazması çox az olarsa, uşaqlıq boynu mayesi (yad hüceyrələrə qarşı immun çəpər) yad mikroorqanizmləri tez “taparaq” onları uşaqlıq daxilinə buraxmaz. Məhz buna görə son nəticədə mayalanmanın baş verməsi üçün toxum mayesinin həcmi də böyük rol oynayır.

Bununla belə, spermanın çox miqdarda olması da kişiyə heç bir üstünlük vermir. Adətən, uşaqlıq yoluna 5 ml-dən artıq sperma yerləşmir. Bu miqdardan artıq olan sperma uşaqlıq yolundan xaric olmaqla mayalanmada iştirak etmir.

Əksər kişilərdə sperma “ağ-bozumtul” rəngdə olur. Onun bir sıra rənglərə çalarlığı (ağ-süd rəngli, sarımtıl, şəffaf və s.) hər hansı pozğunluqlar olmasına sübut kimi qəbul edilə bilməz. İstisna kimi, spermanın “açıq çəhrayı” rəngdə olması qeyd edilə bilər ki, bu da spermada eritrositlərin (qırmızı qan hüceyrələri) normadan artıq miqdarda olmasını deməyə imkan verir.

Digər göstərici eyakulyatın durulaşma göstəricisidir. Cinsi əlaqə zamanı uşaqlıq yoluna püskürdülən sperma, adətən, tamamilə maye şəklində olmur. Bir müddət keçdikdən sonra toxum mayesinin tərkibində olan - prostat vəzi tərəfindən ifraz olunan fermentin təsiri altında eyakulyat maye şəklini alır. Durulaşma spermanın yapışqanlılıq dərəcəsinə görə müəyyən edilir. Normada sperma 10-40 dəqiqədən sonra durulaşmış olur. Durulaşmanın gecikdiyi və ya baş vermədiyi halda, bu, prostat vəzi fəaliyyətinin pozğunluğu kimi qəbul edilə bilər. Bu isə bəzi hallarda kişi sonsuzluğunun səbəbi ola bilər.

Normal eyakulyat zəif qələvi reaksiyalı (pH 7,2-8,0) olur. Bu, göstəricinin normadan bu və ya digər tərəfə dəyişilməsi, digər pozğunluqlar olmadığı halda, hər hansı bir patologiyanın olmasının göstəricisi kimi qəbul oluna bilməz. Ancaq digər əlamətlərlə yanaşı olduqda isə xəstəliyə diaqnoz qoyulmasına təsir edə bilər.

Spermoqrammanın cavabına baxan hər bir mütəxəssis ilk növbədə spermatozoidlərin sayına diqqət yetirir. Spermatozoidləri saymaq üçün müxtəlif mikroskopik qurğulardan istifadə edirlər. Adətən, onların sayı konsentrasiya şəklində ifadə olunur (flan qədər milyon bir millilitrdə). Normada 1 ml eyakulyatda spermatozoidlərin sayı 20 milyondan (spermanın ümumi həcmində isə 40 milyondan) az olmamalıdır.

Mayalanmanın baş tutması üçün spermatozoidlərin hərəkətliliyi onların sayından heç də az əhəmiyyətli deyil. Spermatozoidlər hərəkət etmirlərsə, onların sayının çox olmasının heç bir əhəmiyyəti yoxdur. Hərəkətlilik dərəcəsinə görə spermatozoidləri 4 qrupa ayırırlar:

- A hərəkətlilik dərəcəsinə - düz xətt üzrə iti sürətlə hərəkət edən spermatozoidlər aid edilir; onların sürəti 0,025 mm/san-dən az olmur;

- B hərəkətlilik dərəcəsinə - düz xətt üzrə asta sürətlə hərəkət edən spermatozoidlər aid edilir; onların sürəti 0,025 mm/san-dən az olsa da, hərəkət trayektoriyası düz xətt boyunca olur;

- C hərəkətlilik dərəcəsinə - düz xətt üzrə hərəkət etməyən spermatozoidlər (yerində güclə çabalayan və ya dairəvi xətt üzrə hərəkət edənlər) aid edilir;

- D hərəkətlilik dərəcəsinə isə heç hərəkət etməyən spermatozoidlər daxildir.

Eyakulyatda hər zaman bütün hərəkətlilik dərəcəsinə malik olan spermatozoidlər olur. Normal sağlam spermada proqressiv-hərəkətli spermatozoidlərin (A+B) sayı 50%-dən az və ya sürətli proqressiv-hərəkətli spermatozoidlərin (A) sayi 25%-dən az olmamalıdır.

Mikroskop altında ilk dəfə spermanı görən adam xeyli sayda “eybəcər” və “əyri” patoloji spermatozoidlərin olmasından son dərəcə heyrətə gəlmiş olur. Burada həm başsız, həm ikiquyruqlu, həm əyri başlı spermatozoidlərə rast gəlmək olur. Ancaq bu halda qorxmaq lazım deyil. İstənilən kişinin spermasında patoloji formalara təsadüf edilir. Ancaq onların sayı 50%-dən artıq olduqda, bu, yaxşı əlamət hesab edilmir. Buna baxmayaraq, aparılan xüsusi müayinələr göstərir ki, hətta spermanın 85%-i patoloji spermatozoidlərdən ibarət olsa da, spermatozoidlərin seçilməsi və EKM üsullarından istifadə edilməsi yolu ilə sağlam uşaq əldə edilməsinə nail olmaq mümkün hesab edilir.

Spermaqlyutinasiya və ya spermatozoidlərin bir-birinə yapışması ağır immun pozğunluqlarının əlamətidir. Spermada spermaqlyutinasiya baş verməli deyil.

Spermada antispermal anticisimlər (ASA və ya ASAT) də olmalı deyil. Bunlar kişi orqanizmində öz spermatozoidlərinə qarşı əmələ gələn anticisimlərdir. Spermatozoidin quyruğu ilə birləşməklə antispermal anticisimlər onun hərəkətliliyini dayandırır, spermatozoidin başı ilə birləşdikdə isə mayalanmanın qarşısını almış olur. ASA həm kişi, həm də qadın orqanizmində əmələ gəlməklə son nəticədə sonsuzluğa səbəb ola bilərlər.

Eyakulyatda spermatozoidlərdən savayı, dairəvi hüceyrələr də olur. Bu ümumiləşdirilmiş ad altında leykositlər və yetişməmiş spermatogenez hüceyrələri (gələcəkdə xayada bu hüceyrələrdən yetkin spermatozoidlər əmələ gəlir) nəzərdə tutulur. Normada leykositlərin sayı 1 mln/ml-dən artıq olmamalıdır.

Belə hesab olunur ki, bu immun hüceyrələrin yüksək konsentrasiyada olması prostat vəzidə və ya toxum vezikulasında (kisəciklərində) olan iltihabi proseslərin olmasının göstəricisi ola bilər. Beləliklə, aşağıdakı cədvəldə spermatogenezdə sonsuzluğa səbəb ola biləcək bir sıra dəyişiklikləri nəzərdən keçirək:

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Noyabr 2024 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri