Icma.az
close
up
RU
“SSRİ NİN DAĞILMASI MƏHZ İNDİ BAŞA ÇATDI...” “Sui qəsdlərsiz sülhü qazana bilmək böyük nailiyyətdir”

“SSRİ NİN DAĞILMASI MƏHZ İNDİ BAŞA ÇATDI...” “Sui qəsdlərsiz sülhü qazana bilmək böyük nailiyyətdir”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“İlk olaraq, növbədənkənar iclas çağırmaq qərarını alqışlayırıq, təşəbbüsün yüksək dövlətçilik mövqeyinizdən irəli gəldyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətə parlament hakmiyyətinin töhfəsi kimi dəyərləndirirk...”

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc çıxışında deyib.

STM rəhbəri çıxışının davamında deyib: “2003-cü ilin avqustunda Ulu öndər Heydər Əliyevin tarixi missiyasını qəbul edən İlham Əliyev düz 22 il sonra məhz həmin ayda Ağ Evdə növbəti tarixi uğurlara imza ataraq, Kürəkçaydan Bişkek protokollarına qədər davam edən itkilər silsiləsinə son qoydu, yeni qalib Yüz ili başlatdı.

Vətən müharibəsində Qələbəmiz olmasaydı, Vaşinqton görüşləri gerçəkləşməzdi. Ölkəmizi dünya gündəliyinə çıxaran Qurtuluş savaşımızdır. 8 avqust Zirvəsi 8 noyabr Zəfərinin nəticəsi və davamıdır, diplomatiyada qazanılan Şuşa yüksəkliyidir. Müharibələrin tarixi göstərir ki, əgər sən düşməni məğlub edib nəticələri sənədləşdirməmisənsə, ordunun qazandığını qələm davasında itirmisən, demək. Ali Baş Komandansa sübut etdi ki, O, silahlı savaşdan sonra sülh müharibəsini də udmağı bacardı.

90-cı illərdə biz ən geri düşən ölkə olduq, indi isə Azərbaycan 21-ci əsrdə tək qalib dövlətdir. İki ay öncə başlayan 12 günlük İsrail-İran müharibəsi, 4 ildir davam edən Rusiya-Ukrayna müharibəsi və nəhayət, Fələstin dəhşətinin fonunda dövlətimizin uğurları daha parlaq görünür.

17 il əvvəl məhz 8 avqustda Rusiya tankları Poti limanında lövbər salanda da İlham Əliyev Qafqazı xilas etmişdi, çoxları risq etməyəndə 5 dövlət başçısına Gəncədən Tiflisə getməyə yol açmışdı. 2025-ci ilin avqustun 8-də isə Ağ Ev razılaşmaları təkcə iki dövlətin deyil, bütövlükdə regionun taleyi, eləcə də dünyada mövcud müharibələrin ədalətli həlli üçün bir örnəkdir. İndi dünyada 61 dövlətlərarası aktiv münaqişə, 122 milyondan çox məcburi köçkün və qaçqın var. O siyahıdan çıxan tək ölkə bizik.

Vaşinqtonda paraflanan və 11 avqustda açıqlanan sülh müqaviləsi layihəsində bir cümlədə də olsun Qarabağ sözü yoxdur, etnik ermənilərin geri qayıdışına dair tələblər irəli sürülmür, tam əksinə, Qələbəmizin legitimliyi qəbul edilir. Nəhayət, Azərbaycanın qəti mövqeyi ilə ATƏT Minsk qrupunun ləğvi - Birinci Qarabağ müharibəsindən sonra işğalı qoruyan monopolist birliyin varlığına son qoyulması əsil müstəqillik hadisəsidir. Gerçək azadlıq belə olur, cənablar! Son 30 ildə heç bir təşkilat fəaliyyətinə könüllü xitam verməyib. Mənə elə gəlir ki, SSRİ-nin dağılması yalnız indi başa çatır. Tam və qəti qələbədən əsil müstəqillik və suverenlik doğulur. Ona görə də İlham Əliyev 21-ci əsrin milli azadlıq hərəkatının və qalib Xalqın lideridir.

İmzalanan sənəddə Tramp yolu adlanan Zəngəzur dəhlizinin açılması regionu beynəlmiləl döyüşlərin meydanına, geosiyasi toqquşmalara deyil, hamının qazanacağı tranzit qovşağına çevirəcək. Naxçıvanla maneəsiz, heç bir sərhəd yoxlaması olmadan birləşmək babalarımızın məğlub taleyini dəyişdirmək deməkdir. Əgər Rəsulzadə, Nərimanov, Bağırov sag olsaydılar, onların portreti altında Prezidentə yol göstərənlərə deyərdilər -İlham Əliyev bizim itirdiklərimizi qaytardığı üçün bütün əsrlərin lideridir! Ağ Ev Zirvəsinin nəticələrini 100-dən çox dövlət, 10-larla beynəlxalq təşkilat alqışlayıb, deməli, Qələbəmizi onlar da tanıyıblar.

Vaşinqton görüşünün ən böyük uğurlarından biri də onun məxfi, uzun illər regionda böyük kəşfiyyat şəbəkələri olan dövlətlərdən gizli aparılmasıdır. 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsini bir daha xatırlayanda, sui-qəsdlərsiz sülhü qazanmaq böyük nailiyyətdir...

Beləliklə, Azərbaycan təkcə torpaqlarını geri qaytarmadı, həm də çoxəsrlik Qarabağ savaşını bitirdi. Bəli, Qafqazın ən uzunömürlü müharibəsi tarixə qovuşdu. Bölgəni daima konfliktlərlə idarə edən, fobiyalarla yönəldənlər “Əliyevin sülh müqaviləsi”nin qarşısını ala bilmədilər.

105 il əvvəl Vudro Vilsondan 143 min kvadrat km-lik Ermənistanın sənədini alan, onu Atatürk Cümhuriyyətinə qarşı silaha çevirən erməni liderlərindən fərqli olaraq, Paşinyan 29 min kvadrat km-lik dövlətini ABŞ rəhbərlərinə deyil, Azərbaycan Prezidentinə tanıtmağı yeganə xilas yolu sayır. Fərqi görün və sual edin, tarixdə İrəvanın taleyi Bakıda nə vaxt belə həll olunub?

Qarabağın qlobal gündəlikdən çıxması əsrlərdir savaşlara xərclənən sərvətlərimizin yeni Vətən quruculuğuna, Böyük Qayıdışa yönələcəyini deməyə imkan verir.

20 sentyabrda İrəvanda hakimiyyəti devirmək üçün Xankəndini könüllü tərk edəndən sonra son 300 ildə ilk dəfə erməni məsələsi Azərbaycanın coğrafi hüdudlarından kənara çıxarılıb, milli dövlətimizi dağıdan mina və beynəlxalq təzyiq aləti kimi rolunu itirib.

Prezident əl-Ərəbiyyə televiziyasına dedi, sitat: “Biz Ermənistanla düşmənçiliyə son qoyduq, indi sülhü inşa edəcəyik!” Gəlin, nə qədər çətin olsa da xalqlarımızı barışa hazırlayaq. Etimad mühitinin quruculuğu üçün yaxın gələcəkdə birgə parlament komissiyasının yaradılacağına inanırıq.

Qoy millətlər zülmətdən qurtulsun, evlərə, ocaqlara dinclik və əmin-amanlıq gəlsin. Tam və qəti qələbəmiz mübarək olsun!”

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Sentyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see183

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see156

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see139

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see137

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see135

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see132

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see122

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see120

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see118

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri