Icma.az
close
up
RU
Starta 5 gün qala: APL klubların hazırlığı

Starta 5 gün qala: APL klubların hazırlığı

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasında yeni mövsümün startına 5 gün qalıb. Mövsümün açılış oyunu avqustun 15-də Şamaxıda olacaq. Debütant “Karvan-Yevlax” burda “Qəbələ”ni qəbul edəcək.

Komandaların yarısı mövsümə hazırlıqlarını Azərbaycanda apardı. Avrokubok təmsilçiləri – “Qarabağ”, “Zirə”, “Sabah”, “Araz-Naxçıvan” və “Neftçi” ilə “Turan Tovuz” ölə xaricinə yollanan kollektivlər oldu.

Stadion problemi

Yeni mövsümdə çempionatda 12 komanda mübarizə aparacaq. Ötən il I Liqada yarışan “Karvan-Yevlax”, “İmişli” və “Qəbələ” elitanın yeni adlarıdır. “Qəbələ” bir mövsüm sonra qayıdıbsa, digərləri uzun fasilədən sonra Premyer Liqa həyəcanı yaşayacaq. Lakin debütantlarla bağlı məsələ ürəkaçan deyil.

İlk növbədə əsas problem stadionla bağlıdır. “Karvan-Yevlax” Yevlaxı təmsil etməsinə baxmayaraq, burdakı stadionda təmir işləri başa çatmayıb və komanda müvəqqəti Şamaxıda məskunlaşacaq. Digər debütant “İmişli”də isə daha qarışıq vəziyyətdir. İmişli şəhər stadionu klubun balansında olmadığı üçün burda təmir başlamayıb. Klubun daha öncə Qubada oynanıldığı deyilsə də, vəziyyət dəyişib və arena hələ standartlara cavab vermir. Bu arenadakı məsələ də təmir işlərinə görə qalıb. Son variant kimi Şamaxını seçən bölgə təmsilçisinin burda hansı müddətdə oynayacağı dəqiq deyil.

Legioner limitinin ləğvinin təsiri

Yeni mövsümdə tətbiq olunacaq dəyişikliklərdən biri də legioner limitidir. Klublar artıq startda istədikləri qədər əcnəbi oynatmaq hüququna malik olacaq. Bunun müsbət tərəflərindən biri çempionatda rəqabətin artması ilə bağlıdır. Yerli oyunçuların legionerlərlə rəqabəti həm onların, həm də yarışın inkişafına təsir edə bilər. Mənfi məqam isə ölkəyə saysız-hesabsız əcnəbilərin gəlişidir. Legionerlərə bir ətək pul verib, onları gətirən klublar bəzən daxili məsələlərini həll etməkdə çətinlik çəkir. Məsələn, stadion məsələsini həll etməyən “İmişli”də mətbuat xidməti hələ yoxdur. Komanda eyni zamanda oynamaq üçün onlara təklif edilən Quba İdman Kompleksinin stadionunun təmirinə pul xərcləmək niyyətində deyil. “İmişli”də qeyri-peşəkar yanaşma var və bu, futbol ictimaiyyəti tərəfindən kəskin narazılıqla qarşılanır.

Maliyyə problemlərinə görə akademiyasının fəaliyyətini məhdudlaşdıran “Qəbələ” də legioner transferləri ilə gündəmə gəlir. Düzdür, klubda prioritet əsas komandaların nəticələridir, lakin bu cür yanaşma ölkə futbolunun inkişafına təsir edən amillərdəndir.

Klubların hazırlığı

Avrokuboklarda mübarizə aparan komandalar artıq ilk rəsmi oyunlarını keçirib və mövsümə daha hazırdır. “Qarabağ” və “Sabah” daha “diri” görünür. Konfrans Liqasına vida edən “Zirə”də heyətlə bağlı problemlər var. Komandada əsas sıxıntılı mövqe hücumdur. Ötən mövsüm irəli xəttinin aktivliyi ilə tez-tez danışılan “qartallar”da hazırda hücumda rəqabətsizlik var. Konfrans Liqasının I təsnifat mərhələsində “Aris”lə duellərdə yaxşı tərəfdən görünən və əzmkar oyunu ilə diqqət çəkən “Araz-Naxçıvan” II turun ilk oyununda “Omoniya”ya (Kipr) böyükhesabla uduzub (0:4) və bu, qarşıdakı matçlarda komanda üçün neqativ təsirlər göstərə bilər. Buna baxmayaraq, Elmar Baxşıyev yaxşı heyət formalaşdırıb və komanda çempionatda yuxarı sıralar uğrunda oynamaq potensialındadır.

Transferləri ilə gündəmə gələn “Neftçi” də müsbət qığılcımlar hiss edilir. Komandada ötən mövsümün heyətinin demək olar, 90 faizi dəyişib. Yeni adlar var və komandanın durumu çempionat matçlarında daha yaxşı bilinəcək. Hazırlıq dönəmindəki yoxlama oyunlarında qələbə qazana bilməyən “Turan Tovuz” isə qapalı qutudur. Komandanın hansı dərəcədə hazır olduğu çempionat oyunlarında bəlli olacaq.

İlk tur

Son çempion “Qarabağ” ilk turda “sabah”ın qonağı olacaq. Ancaq əsasnaməyə görə, “Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlsə, komandanın bu görüşlərə daha yaxşı hazırlaşması üçün oyun təxirə salınacaq. “Qarabağ” III təsnifatda “Şkendiya”nı (Şimali Makedoniya) ilk oyunda məğlub edib (1:0) və növbəti mərhələ şansları daha yüksəkdir.

Debütant “Karvan-Yevlax” “Qəbələ”ni qəbul edəcək, “İmişli” isə “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirəcək. “Araz-Naxçıvan” “Zirə”nin, “Kəpəz” isə “Sumqayıt”ın qonağı olacaq. Avqustun 15-də start veriləcək turun son görüşü avqustun 18-də olacaq.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 Avqust 2025 00:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri