Ştefan Kunts “Hamburq“dan niyə qovuldu? Qadın əməkdaşların şikayəti üzə çıxdı
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın "Hamburq" klubu bazar ertəsi keçmiş idman direktoru Ştefan Kuntsun cinsi təcavüz ittihamları səbəbindən vəzifəsindən azad edildiyini rəsmən təsdiqləyib.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Müşahidə Şurasının qiymətləndirməsinə görə, zərərçəkmiş tərəflərin ifadələri inandırıcı hesab edilib və "Hamburq" klubu dərhal Ştefan Kuntsla əməkdaşlığa son qoymaq qərarına gəlib.
Futbol üzrə Almaniya millisinin keçmiş futbolçusu bu qərarla razılaşsa da, dəfələrlə şuraya hər hansı bir açıqlama verməkdən imtina edib. Bu səbəbdən də şura bəyanat verərək, Ştefan Kuntsun sosial mediada iddia etdiyi kimi, ona qarşı qaralama kampaniyası aparıldığı ittihamlarını rədd edib. Kunts, həmçinin hadisəni ilk dəfə işıqlandıran alman mediası "Bild"ə qarşı hüquqi prosedur başladacağını bildirmişdi.
Qeyd edək ki, Kunts 1993-97-ci illər arasında Almaniya milli komandasında çıxış edib və AVRO-1996 turnirində çempion olub. O, Almaniya millisinin heyətində 25 oyunda altı qol vurmağı bacarıb.
Məşqçi kimi Kunts 2016-21-ci illər arasında Almaniya U-21 milli komandasına, 2021-23-cü illər arasında isə Türkiyə milli komandasına rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 13 Yanvar 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















