Icma.az
close
up
RU
Su polisindən qanunsuz quş ovuna qarşı növbəti əməliyyat VİDEO

Su polisindən qanunsuz quş ovuna qarşı növbəti əməliyyat VİDEO

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə, dövlət qoruqlarında, su hövzələrində qanunsuz quş ovu və brokonyerliyə qarşı mübarizə davam etdirilir. 

AZXEBER.COM xəbər verir ki, su polislərinin sərhədçilərlə birgə Lənkəranda həyata keçirdikləri sonuncu tədbir zamanı qanunsuz quş ovu ilə məşğul olan Masallı rayon sakinləri Cəmil Nuruyev, Ramil Nuruyev, Murad İsgəndərov, Orxan Kamilli və Sərdar Sadiqoğlu saxlanılıblar.

Yoxlama zamanı onlardan 2 ədəd kiçik həcmli qeydiyyatı olmayan qayıq, 175 ədəd müxtəlif növ, o cümlədən adı "Qırmızı Kitab”a düşən çöl quşları, 4 ədəd müvafiq sənədləri olmayan ov silahı və 134 ədəd patron maddi sübut kimi aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı həmin şəxslərin ovçuluq biletlərinin olmadığı da müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Ətraflı

Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən ov mövsümünün başlanması ilə əlaqədar bildirilib ki, ov qaydalarının mövcud normativlərinə əməl olunmalı və yalnız ayrılmış xüsusi ovçuluq təsərrüffatlarının sahələrindən istifadə edilməlidir. Ov etmək istəyən şəxslərə ovlanmasına icazə verilən quşların siyahısı və normaları ilə bağlı məlumatlarla tanış olmaq tövsiyə edilir. Xüsusi mühafizə olunan ərazilərdə, sanitar-mühafizə zonalarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında ov edilməsi isə qəti qadağandır. Ov qaydalarını kobud şəkildə pozan şəxslər barəsində su polisləri tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.

Su polisləri tərəfindən Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıqların qanunsuz ovlanmasının qarşısını almaq və dənizin dibi ilə çəkilən müxtəlif təyinatlı dəmir boru kəmərlərini, naqilləri oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparılır.

Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 Yanvar 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri