Şüa ilə işləyən üz maskası Yaşlanmanın qabağını alır FOTO
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransanın kosmetik məhsullar nəhəngi “L’Oréal” yeni yaratdığı silikon LED üz maskasını CES 2026 sərgisində təqdim edib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, kimyəvi maddə istifadə etmədən, işıq texnologiyası əsasında işləyən maska cild baxımında yenilik sayılır. Şirkətin bu avadanlığı əsasən yaşlanma əlamətlərini azaltmağı hədəfləyir.
Ənənəvi üz maskalarında krem və jeldən istifadə olunur. Lakin işıqla çalışan və invaziv olmayan cihazlar getdikcə populyarlaşır. “L’Oréal”ın maskası ultra incə silikon materialdan hazırlanıb və dəri ilə birbaşa təmasda olduğundan işığın təsirini artırır. Cihaz infraqırmızı işıqla işləyir və LED cihaz innovasiyasında qabaqcıl “iSmart” firması ilə əməkdaşlıq nəticəsində hazırlanıb.
Şirkət bildirir ki, maskanın effektivliyi şəffaf, cildə yaxşı təsir edən mikro devrə sistemi ilə təmin olunan materialdan hazırlanıb. İşığın intensivliyi dəqiq şəkildə idarə olunur və hər seans 10 dəqiqə davam edir.
Məqsəd, xüsusilə cilddə incə xətləri azaltmaq, dəri sallanmasını və rəng bərabərsizliyini yaxşılaşdırmaqdır. Hələlik inkişaf mərhələsində olan cihazın satışı gələn ilə planlaşdırılır.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 13 Yanvar 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















