“Sülh müqaviləsi hərbi balansın bərpasından asılıdır”
Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.
“Sərhədlərin müəyyənləşdirilməsi üzrə dövlət komissiyalarının Tavuşdan demarkasiyaya başlaması düzgün qərardır”.
Tribunainfo.az xəbər verir ki, bunu kartoqraf Ruben Qalçyan deyib.
Onun sözlərinə görə, belə olan halda Ermənistanın bəzi yolları, infrastrukturu artıq təhlükəsiz olmayacaq. “Lakin bu baxımdan təkcə Ermənistanın deyil, Azərbaycanın da problemləri var və bunun həlli tərəflər arasında qarşılıqlı anlaşma yolu ilə olmalıdır”.
Qalçyan deyib ki, demarkasiyanın başlanmasını torpaq verilməsi kimi qeyd etmək yanlışdır. “Torpağın verilməsindən söhbət gedə bilməz, bu, ərazi mübadiləsidir”.
O yekunda vurğulayıb ki, demarkasiya bir neçə il deyil, onilliklər çəkə bilər. “Lakin sülh müqaviləsi hərbi balansın bərpasından asılıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 05 Fevral 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















