Icma.az
close
up
RU
Sülhə, birliyə və qarşılıqlı hörmətə aparan yol Multikulturalizm

Sülhə, birliyə və qarşılıqlı hörmətə aparan yol Multikulturalizm

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dünyada sülhün qorunması, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və müxtəlif mədəniyyətlərin dinc yanaşı yaşamasının təmin olunması bəşəriyyət qarşısında duran mühüm vəzifələrdəndir. Müharibələrin, dini və etnik zəmində qarşıdurmaların, ayrı-seçkiliyin və dözümsüzlüyün müşahidə olunduğu bir dövrdə multikulturalizm cəmiyyətlərin sabitliyinə, xalqların yaxınlaşmasına və ortaq gələcəyin qurulmasına xidmət edən mühüm mənəvi və ictimai dəyər kimi çıxış edir. Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı multikulturalizm ənənələri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində səsləndirdiyi fikirlər də bu tarixi ənənələrin müasir dövrdə əhəmiyyətini bir daha gündəmə gətirib. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş forumda dövlət başçısı Azərbaycanın tarixən multikultural ölkə olduğunu, Avropa ilə Asiya arasında yerləşməsi sayəsində əsrlər boyu mədəniyyətlər arasında körpü rolunu oynadığını vurğulayıb. Prezidentin çıxışında xüsusi yer tutan multikulturalizm, dini və etnik dözümlülük məsələləri ölkəmizin milli kimliyinin, cəmiyyətin həmrəyliyinin və beynəlxalq münasibətlərinin mühüm istiqamətlərindən biri kimi təqdim olunub.

Azərbaycan xalqının tarixən yaşatdığı dözümlülük ənənələri müxtəlif dini icmaların və etnik qrupların özünəməxsusluqlarını qoruyub saxlamasında mühüm rol oynayıb. İslam dini ilə yanaşı, xristianlıq və yəhudilik kimi dinlərin nümayəndələrinin ölkəmizdə yaşaması, onların dini-mədəni irsinin qorunması Azərbaycanın tarixi müxtəlifliyinin mühüm göstəricilərindəndir.

Bu gün ölkəmizin müxtəlif bölgələrində mövcud olan tarixi məscidlər, kilsələr, sinaqoqlar və digər dini-mədəni abidələr keçmişin canlı yadigarlarıdır. Onlar yalnız ayrı-ayrı dini icmaların deyil, bütövlükdə Azərbaycanın çoxşaxəli tarixinin və mədəni irsinin tərkib hissəsidir.

Prezident İlham Əliyevin forumdakı çıxışında Azərbaycanın əsrlər boyu Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olması fikrini vurğulaması da bu tarixi reallığın müasir dövrdə davam etdirilməsinə diqqət çəkir. Bu ənənə ölkəmizin müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə verdiyi töhfəni anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Multikulturalizmin mahiyyəti yalnız müxtəlif xalqların bir ərazidə yaşaması ilə məhdudlaşmır. Onun əsas məzmununu insanların milli mənsubiyyətinə, dini etiqadına, dilinə və mədəni fərqlərinə hörmət, bərabər hüquqların qorunması və qarşılıqlı anlaşma təşkil edir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanda bütün etnik qrupların və dinlərin nümayəndələrinin Konstitusiyaya uyğun olaraq bərabər hüquqlara malik olduğunu, onların bir ailə kimi yaşadığını qeyd edib. Dövlət başçısının vurğuladığı həmrəylik, qarşılıqlı hörmət və anlaşma prinsipləri cəmiyyətdə sabitliyin qorunması və milli birliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın ictimai həyatında müxtəlif xalqların nümayəndələri öz dillərini, adət-ənənələrini və mədəni xüsusiyyətlərini yaşatmaqla yanaşı, ölkənin ümumi inkişafında da iştirak edirlər. Bu müxtəliflik milli birliyə zidd deyil. Əksinə, qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında qorunan mədəni müxtəliflik cəmiyyətin mənəvi zənginliyini artırır.

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər multikulturalizm, dini və etnik dözümlülük ənənələrinin Azərbaycanın tarixi-mədəni kimliyindəki yerini bir daha diqqətə çatdırır. Əsrlər boyu formalaşmış bu dəyərlər müxtəlif xalqların və dini icmaların birgəyaşayış təcrübəsini, qarşılıqlı hörmətini və ümumi vətəndaşlıq məsuliyyətini əks etdirir.

Bu gün Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri zəngin multikultural irsi qorumaqla yanaşı, onu müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirməkdir. Dini və etnik dözümlülüyün möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi və gənc nəslin tolerantlıq ruhunda tərbiyəsi bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Oktyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri