Icma.az
close
up
RU
Sülhün altında gizlənən müharibə: Ermənistanın mina mirası ŞƏRH

Sülhün altında gizlənən müharibə: Ermənistanın mina mirası ŞƏRH

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

2020-ci ildə Azərbaycan Ordusunun qazandığı parlaq Qələbə ilə başa çatan 44 Günlük Vətən Müharibəsi Ermənistanın işğal siyasətinə son qoydu. Lakin müharibə bitdi, amma təhlükə bitmədi. İşğaldan azad edilmiş Qarabağ və ətraf rayonlarda Ermənistanın 30 il ərzində məqsədli şəkildə həyata keçirdiyi mina terroru bu gün də insan həyatına və dövlətin bərpa planlarına ciddi təhdid olaraq qalır.

Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi səbəbindən 2020-ci il Vətən müharibəsindən indiyədək 397 nəfər həlak olub və ya yaralanıb.

Azərbaycan dəfələrlə Ermənistandan mina xəritələrinin təqdim olunmasını tələb etsə də, bu istiqamətdə ya ümumiyyətlə cavab verilməyib, ya da təqdim olunan xəritələrin dəqiqlik səviyyəsi cəmi 25% olub. Yəni real vəziyyətdə bu xəritələr mina təmizləyənlər üçün etibarlı istinad nöqtəsi ola bilmədi. Bu isə Ermənistanın mina məsələsini bir siyasi təzyiq aləti kimi istifadə etdiyini açıq şəkildə nümayiş etdirir.

Dövlətin bərpa planları, infrastrukturun yenidən qurulması, əkin sahələrinin istifadəyə verilməsi və ən əsası – məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı mina təhlükəsi səbəbindən gecikir. Hər yeni tikinti layihəsi öncəsində həmin ərazilərin tam təmizlənməsi zəruridir. Bu da vaxt, resurs və insan həyatı deməkdir.

Müharibə səngərlərdən çıxsa da, mina müharibəsi torpaqda davam edir. Hər mina – bir həyat tələsi, bir ailənin bədbəxtliyidir. Ermənistanın 30 illik işğalının mirası olan bu ölüm tələləri Azərbaycanın inkişafına, təhlükəsizliyinə və milli birliyinə qarşı yönəlmiş ən təhlükəli vasitələrdən biridir. Onlarla mübarizə yalnız texniki deyil, həm də siyasi və hüquqi cəbhədə aparılmalıdır.

Çünki torpağı azad etmək onun üstündə yaşamaqla tamamlanır – amma əvvəlcə torpağın altındakı ölüm təmizlənməlidir.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən millət vəkili Azər Allahverənov dedi ki, birmənalı şəkildə Azərbaycana qarşı 30 ilə yaxın müddət ərzində işğalçılıq siyasətini yürüdən Ermənistanın sonrakı mərhələdə mina problemini “miras” olaraq buraxması təəssüf doğuran hallardan biridir.

"Çünki minanın yaratdığı fəsadlar bütövlükdə mina terroru anlayışına daxil olan məsələdir və minadan dinc əhaliyə qarşı istifadə minanın yaradacağı potensial təhlükələr özü-özlüyündə problemdir. Bu, əslində bəşəriyyət əleyhinə olan hərbi cinayətlərdən biri  hesab olunur və əgər iki dövlət arasında münasibətlərdə sülh sazişinin bağlanmasına doğru müəyyən proseslər gedirsə, ən azından nəzərə alsaq ki, 44 Günlük Vətən Müharibəsindən sonra məğlubiyyətə uğramış Ermənistan kapitulyasiya aktını imzalayıbsa, bundan sonrakı mərhələdə Azərbaycanın təklif etdiyi sülh gündəliyini dəstəkliyirsə və artıq 17 bənddən ibarət olan sülh sənədinin imzalanmasına dair ümumi razılaşma varsa, Ermənistan birmənalı şəkildə işğal zamanı basdırdığı minaların xəritələrini Azərbaycan tərəfinə təqdim etməlidir".

Azər Allahverənov bildirib ki, Ermənistan tərəfi bunu etmirsə, bu o deməkdir ki, bu dövlətin Azərbaycanla bağlı niyyəti xoş deyil, Azərbaycanla sülh şəraitində yaşamaq niyyətində deyil. Hətta zamanında verdiyi xəritələr belə reallığı əks etdirmir.

“Azərbaycanın işğal altında olan ərazilərində basdırılan və sonrakı mərhələdə orada bərpa-quruculuq işləri həyata keçirilən zaman bizim müvafiq strukturlar tərəfindən aşkarlanan minaların basdırıldığı yerlərə nəzər saldıqda, insan dəhşətə gəlir. Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi işğal dönəmində mina basdırmaqla kifayətlənməmiş, hətta 44 Günlük Vətən Müharibəsindən sonra Azərbaycan tərəfinin humanistlik nümayiş etdirdiyi şəraitdə yenə də bu çirkin niyyətindən əl çəkməyib və bütövlükdə işğal dönəmində 1 milyon yarımdan çox minanın Azərbaycanın işğal olunmuş ərazilərinə basdırmağa müvəffəq olub və buna görə də heç bir məsuliyyət daşımır. Bu gün də minadan zərərçəkənlər mülki şəxslərdir. Burada niyyət bütün vəchlə Qayıdış, bərpa-quruculuq işlərini ləngitmək, uzummüddətli yaşayış üçün normal şəraitə gətirməsinə, infrastruktura mane törətmək və bu prosesi çətinləşdirməkdir”.

Millət vəkili təəssüf hissi ilə qeyd edib ki, beynəlxalq ictimaiyyət hələ də Ermənistan üzərində çox sərt mövqe sərgiləmir. Beynəlxalq təşkilatlar, qurumlar, dövlətlər belə Ermənistana qarşı bu məsələdə sərt davranmırlar və bu da Ermənistandakı olan və heç də mehriban qonşuluqda maraqlı olmayan qüvvələrin “dəyirmanına su tökmüş” kimi dəyərləndirilən haldır.

“Hesab edirəm ki, burada ən vacib nüans ondan ibarətdir ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan qarşısına qoyduğu bütün vəzifələri vaxtından əvvəl uğurla icra edir. Ən azından işğal altında olan və zamanında kütləvi şəkildə minaların basdırıldığı ərazilərdə üç beynəlxalq hava limanının (Füzuli, Zəngilan, Laçın) istifadəyə verilməsinə müvəffəq olub ki, bu da Azərbaycana dünyanın sülh mesajının, sülh niyyətinin çatdırılması üçün çox vacib nüansdır və dünyanın mütərəqqi qüvvələri Azərbaycanın bu əzmkarlığını təqdir edir, ancaq digər tərəfdən arzulayırıq ki, Ermənistana təzyiqlər göstərilsin ki, ən azından Ermənistan basdırdığı minaların xəritələrini Azərbaycan tərəfinə təhvil versin”, - deyə deputat vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 02 İyun 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri