Icma.az
close
up
RU
Sümerləri Dədə Qorqudla nə bağlayır? Tarixin ən müammalı insanları

Sümerləri Dədə Qorqudla nə bağlayır? Tarixin ən müammalı insanları

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sümerlər tarixdə bilinen ən qədim xalqdır. M.Ö. 3300-cü ildən 1975-ci ilə qədər, baş şəhərləri Basradan 120 km şimal-qərbdə yerləşən Ur şəhəri olmaqla, Cənubi İraqda yaşayıblar. 2715-ci ilə qədər olan dövr isə müammalıdır.

Milli.Az Mehmet Özgür Ersanın (Özgür Derviş) araşdırmasını təqdim edir:

Onlar bir neçə kiçik şəhər-dövlətlər qurublar. Bu şəhərlərdə mədəniyyət və gündəlik həyat inanılmaz dərəcədə inkişaf edib.
Tarix Sümerlərlə başlayıb. Çünki yazını ilk dəfə onlar tapıb istifadə edib, beləliklə, yaşadıqları bölgə tarix öncəsindən tarixə keçib.

Altay dağlarında, Türkmənistanın Anau şəhərində və Sümerlərin yaşadığı Mezopotamiyada aparılan qazıntılarda əldə edilən tapıntılarda eyni şəkil və rəsmlərin tapılması, Sümerlərin türk olduğu fikirlərini gücləndirir.

Sümerlərdə 8 ulduz inancı vardı. 8 ulduz; türklərdə Göytanrı, Oğuz xan və onun 6 oğlunu simvollaşdırır.
Sümerlər də Oğuz türkləri kimi, hökmdarlarının tanrı tərəfindən taxta oturulduğuna inanırdılar. Bu, "kut anlayışı" adlanır.
Sümerlərin Gilgameş dastanı ilə türklərin Dədə Qorqud dastanları arasında çox oxşarlıqlar var.

Hər iki dastan 12 hissədən ibarətdir və qəhrəmanlarının başına nə gəlirsə, yuxuda gəlməsi oxşarlığı diqqət çəkir.

Sümerce və Türkcədəki ortaq sözlər sayılmayacaq qədər çoxdur.

Milli.Az-ın məlumatına görə, Prof. Dr. Osman Nedim Tuna Filadelfiya Universitetindəki araşdırmalarından sonra 1990-cı ildə nəşr etdiyi Sümer dili ilə bağlı araşdırmasında, Sümerlərdəki türkcə sözlərin 95,5%-nin olduğunu qeyd edir.

Türkcə yazılmış bir mənbədən daha geniş məlumat əldə etmək istəyənlər, Osman Nuri Tuna tərəfindən yazılmış, İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Jurnalının 382-ci sayısında yer alan "Sümer Dilinin və Türk Dillerinin Tarixi Əlaqəsi ilə Türk Dilinin Yaşı Məsələsi" adlı məqaləyə baxa bilərlər.

Soyadı "Sümer" olmasına baxmayaraq, Orta Çağ Ana Elm Sahəsi Üzvü Prof. Dr. Faruk Sümer də Sümerlərin türklüyünə inanmazdı.

Və... Türkiyənin ən populyar qadın elm adamı, Sümeroloq Prof. Dr. Muazzez İlmiye Çığ deyir ki:

"Bu günə qədər tarix Sümerlərlə başlayır deyirdik. Bundan sonra "Tarix türkrlə başlayır" deməliyik".

Prof. Çığ belə davam edir:

"Sümerlər özlərinə "Kengerlər" deyirdilər. Kengerlər hələ də yaşayan və uzun zamandır yaşayan bir türk soyu hesab olunur.
Kengerlərin ən əhəmiyyətli şəhərlərindən birinin adı Kişdir. Sümerlərin Mezopotamiyada qurduqları ilk şəhərin adı da Kişdir. Eyni adlı yerləri Anadoluda da görmək mümkündür. Məsələn, Bitlisin Hizan kəndində Kiş kəndi, Malatyanın Kablı kəndində Kișli, Urfanın Bozova kəndində Kișkan kəndləri var. Sümerlərin başqa əhəmiyyətli şəhəri Urdur. Burada üç dəfə Sümer Krallığı qurulub dağılıb. Həm Asiyada, həm də Anadoluda eyni adı daşıyan yaşayış yerləri var: Adıyamanda: Urgöç, Hilvanda: Urgez, Ardahanda: Ur kəndi... Bu Ur Kəndi, Uyğur türklərinin Urtigin soyundan gələnlər tərəfindən qurulub. Uyğur bəylərinə də "ur" deyilir. Bilinir ki, türklər gəldikləri yerlərə öz yerlərinin adını verirlər. Sümerlər də Asiyadan köçərkən, olduqları yeri Mezopotamiyada yerləşdikləri bölgəyə veriblər. Moğolistanda "Suber/Sümer" adlı bir dağ var. Dil, əfsanələr, dastanlar, yer adları və tufan əfsanəsi baxımından çox maraqlı oxşarlıqlar vardır. Bunlar çox vacib tapıntılardır".

Gəlin Sümer Türkçəsi ilə Türkiyə Türkçəsi arasında olan bəzi ortaq sözləri ilə tanış olaq:

Ağa: Ağa, Agıl: Ağııl, Altun: Altın, Ambar: Ambar, Amelu: Əməli, Anu: Ana, Apa: Apa (qardaş), Arpu: Arpa, Assinu: Asena, Auşk: Aşk, Balag-ba: Balaban, Bar: Var, Batu: Batı, Domuzi: Donuz, Et: Et, Gaazi: Qazi, Gid-de: Get-gidə, Ginç: Gənc, Heak: Haq, İlig: İlik, İş-ti: İşitmək, Karra: Kara, Mesu: Meşe, Mum: Mum, Nusa: Neşe, Sar: Sarı, Tamga: Damğa, Tengiz: Dəniz, Ungar: Uyqar, Zindan: Zindan

Sümerlərlə bağlı müxtəlif mənbələrdəki yüzlərlə səhifədəki məlumatlardan çıxan digər nəticələr belə ümumiləşdirilə bilər:

Sümerlərin xarakterində mübarizəçilik, təbiət şəraitlərini dəyişdirərək yaşadıqları yeri istifadəyə açmaq.
Türk və Sümerlərdə yüksək zəkalı, qərarlı və möhkəm iradə quruluşu.
Sümerlər və türklər tək tanrıya inanırdılar.
Tapıntılardan əldə edilən məlumatlara görə, Sümerlər və türklər silah istehsalında bacarıqlı insanlardır.
Türk və Sümerlərdə ibadətgahlar, təpələr üzərinə tikilmişdir.
Sümerlər də türklər kimi Nuh Tufanı ilə dərin bağlıdırlar.
Sümerlər də türklər kimi insanlığa çox sayda ilk icadlar hədiyyə etmişdirlər.

Nəticə: Oxuyucu sual verə bilər:

"Bu qədər oxşarlıqlara, yaxınlıqlara və örtüşən xüsusiyyətlərə baxmayaraq, niyə Sümerlərin Türklükləri haqqında fikir birliyi əldə edilə bilmir?"

Cavab: Sümerlər çox yüksək və möhtəşəm bir mədəniyyət yaradıblar. Hər xalq Sümerlərin öz ataları olduğunu isbat etməyə çalışır. Öz xalqları ilə Sümerlər arasında əlaqə qura bilməyənlər isə, Sümerlərə ən yaxın xalqlarla olan bağları kəsərək, mövzunu naməlumluqlar çuxurunda unudulmağa məhkum etmək üçün çalışırlar. Onları anlamaq mümkündür. Türk mediasında məşhur olsa da sıradanlıqdan xilas ola bilməyən zəka adamlarının Sümerlərlə əlaqəmiz olmadığı iddialarını da anlayışla qarşılaya bilərik. Zeki Velidi Togan, Adilə Ayda, Osman Nedim Tuna, Selahi Diker, Fuad Tekçe, Bahaeddin Ögel, Orhan Türkdoğan, İbrahim Kafesoğlu, Yılmaz Öztuna, Hasan Cemil Çambel, Şemseddin Günaltay, Atakişi Celiloğlu Kasım, Muazzez İlmiye Çığ və Reha Oğuz Türkkan və digər alimlərin, özünü Türk tarixinin dərin həqiqətlərini fotoşəkillərlə isbat etməyə həsr ediblər. Onlar bu yolda gənc yaşda şəhadət mərtəbesinə çatan türkün xidmətkarı hesab olunan Servet Somuncuoğlunu heçə sayaraq, Sümerlərin türklərlə əlaqəsini inkar edənləri anlamaq mümkündür.

Yazını Sümerlərdə və Türkələrdə ortaq istifadə edilən bir aforizm ilə bitirək: "Bilirsən, öyrətməlisən. Bilmirsənsə, öyrənməlisən".

Xəyal Abdullayev
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri