Icma.az
close
up
RU
Summativləri pulla başqalarına hazırladan müəllimlər var:

Summativləri pulla başqalarına hazırladan müəllimlər var:

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Təəssüf ki, zaman-zaman orta məktəblərdə təşkil olunan kiçik və böyük summativ qiymətləndirmələr zamanı müxtəlif qiymətləndirmə vasitələrinin həmin fənn müəllimi tərəfindən yox, bu işi sanki özü üçün ixtisaslaşdırmış, öz aləmində yüksək səviyyədə həyata keçirən digər müəllimlər tərəfindən hazırlandığını eşitmişik”

Bu barədə Modern.az-a sosial şəbəkələrdə bəzi müəllimlərin pul müqabilində summativ qiymətləndirmə tapşırıqlarını hazırlaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən təhsil eksperti Elmin Nuri bildirib.

O bildirib ki, xüsusən də sosial şəbəkələrdəki təhsil qruplarından, müəllimlərdən eşitdiklərinə görə, bu tip müəllimlər həmkarlarını summativ qiymətləndirmə tapşırıqları ilə təmin edir:

“Bunun qarşısı alınmalıdır. Çünki son illərdə təhsildə təəssüflər olsun ki, müxtəlif uydurma xidmət istiqamətləri görürük ki, bunların da bəziləri müəllimlər tərəfindən yaradılır. Başa düşürəm, hər bir şəxs öz xidmətini, öz bacardığı xüsusi istiqaməti inkişaf etdirə, digərlərinə fayda verəcək şəkildə tətbiq edə bilər. Amma daha hər şey öz limitində olsa yaxşıdır. Təsəvvür edin, kimsə internetdən dərs cədvəlinin düzgün tutulması, jurnalın düzgün yazılma qaydasını öyrənir və səhəri gün sosial şəbəkədə elan verir ki, mən bununla bağlı təlim keçirəm, digər müəllimlər qoşulsun. Niyə?! Digər müəllimlərin səndən nəyi əksikdir?! Sənin çatacağın datalar, əlində olan məlumatlar onların da əlində var. Bir qisim adam kurikulumla bağlı 1-2 kitab oxuyur, bəzi internet materiallarına baxır, aləmə car çəkir ki, mən kurikulum təlimçisiyəm, digər müəllimləri də bu istiqamətdə öyrətməliyəm. Ayıbdır, yolverilməzdir. Şəxsən mən müəllim olsam, heç vaxt kurikulum tədrisinə görə başqa müəllim yanına getmərəm. Çünki o da mənim kimi müəllimdir. O necə öyrənibsə, hansı dataları əldə edibsə, hansı mənbələrlə bu bilgilərə sahib olubsa, bunu mən də bacara bilərəm. Bu cür kurikulum təlimçiləri digər müəllimlərə "mənim müdavimlərim" deyə-deyə sanki özlərinin xüsusi xidmət sektorunu yaratmış olurlar. Bu 10 ildən çoxdur ki, davam edir”.

Ekspertin sözlərinə görə, eyni tendensiya summativ qiymətləndirmə tapşırıqlarının test nümunələrinin hazırlanmasında özünü göstərir:

“Mən bunu müəllimlərimizin savadsızlığı ilə yox, sadəcə özünə inamsızlığı ilə əsaslandırıram. Həmin müəllim istəsə az qala onları xidmət sahəsinə çevirən həmkarından daha yaxşı hazırlaya bilər. Sadəcə olaraq özünə inamla yanaşmır, öz aləmində fikirləşir ki, həmin müəllim illərdir bu işlə məşğuldur, işin içində bişib. Özü hazırlamaqdansa, müəyyən xərc çəkərək digər müəllimə deyir. Mən müəllimin inansızlığını qəbul etmirəm. Bəlkə də müəllimin o qədər də yüksək savada malik olmaması problem deyil, özünü inkişaf etdirər, öz predmeti üzrə daha hazırlıqlı ola bilər, daha yüksək intellektə və bacarığa sahib ola bilər. İnsan həmişə inkişaf edir, müəllim də özünü inkişaf etdirə bilər. Amma inanmsızlıq olarsa, bu inkişafın qarşısında böyük əngəl yaratmış olacaq”.

E.Nuri qeyd edib ki, summativ qiymətləndirmə fənn müəlliminin özü tərəfindən hazırlanmalıdır:

“Qiymətləndirmənin standartları, xüsusi qaydaları var. Həmin qaydalar zatən məktəblərə tövsiyə kimi də göndərilir. Tanış olmaq, həmin standartlara uyğun sual hazırlamaq o qədər də çətn deyil. Həmin suallar 4 çətinlik səviyyəsinə görə bölünməlidir. Burada diqqətli olunmalıdır. Tutalım ki, sualların bölgüsündə çətin, orta, asan, yüngül suallar arasında müəyyən bölgü fərqində balans pozulmamalıdır. Müəllim həmin suallarda nə istədiyinin tam fərqinə varmalıdır. Şəxsən mənim tanıdığım, hörmət etdiyim müəllimlər var ki, onlar summativ qiymətləndirmə tapşırıqlarını özləri hazırlayırlar, yaxşı da alınır. Mən bu gün müəllimlərimizə özlərinə inam arzu edirəm, istəsələr bunu bacararlar. Bir çox istiqaməti xidmət sektoruna çevirməyin isə mən əleyhinəyəm. Müəllim görürük sinfin idarə edilməsi ilə bağlı 2 kursa gedir, sertifikat alır, səhəri gün deyir ki, mən sinfin idarə edilməsi ilə bağlı təlim keçirəm. Bu yolverilməzdir. Belə şeylərə getmək şəxsin nüfuzuna işləmir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Mart 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri