Icma.az
close
up
RU
Süni ada yaradılacaqdılar, tarixin qapısını açdılar 140 min illik sirr dənizin altından çıxdı

Süni ada yaradılacaqdılar, tarixin qapısını açdılar 140 min illik sirr dənizin altından çıxdı

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İndoneziyanın dərin sularında aparılan qeyri-adi kəşf yalnız insanlığın təkamülünə deyil, həm də tarixdən öncəki coğrafiyaya dair qəbul olunmuş fikirləri alt-üst edib. 

Qayanrinfo xəbər verir ki, Madura boğazının dibindən çıxarılan 140 min illik qalıqlar elmi dünyada demək olar inqilab yaradıb.

Bu hekayənin əsası 2011-ci ildə Madura boğazında süni ada yaratmaq məqsədilə həyata keçirilən genişmiqyaslı inşaat layihəsi ilə qoyulub. Layihə çərçivəsində 177 milyon kubmetrdən çox qum və daş dəniz dibindən çıxarılıb.

Bu materiallar arasında əvvəlcə əhəmiyyətsiz görünən, lakin elmi cəhətdən ölçüyəgəlməz dəyərə malik qalıqlar tapılıb: iki insan kəllə sümüyü fraqmenti və 6 mindən çox onurğalı fosili.

Fosillərin "Homo erectus" növünə aid olduğu təsdiqləndi

Kəllə sümüklərindən biri alın (frontal), digəri isə yan (parietal) sümük fraqmentindən ibarət idi. Niderlanddakı Leiden Universitetindən arxeoloq Harold Berxuisin rəhbərlik etdiyi tədqiqat qrupu bu qalıqları Cavadakı Sambunqmacan bölgəsindən məlum olan "Homo erectus" nümunələri ilə müqayisə edib və böyük oxşarlıq tapıb. Nəticədə bu fraqmentlərin "Homo erectus" növünə aid olduğu dəqiqləşdirilib.

Bu kəşf, indiyə qədər "Homo erectus"un yaşadığı bölgələrə yeni bir ərazi – hazırda su altında qalan Sundaland bölgəsini əlavə edib. Bu yer ilk dəfə olaraq sualtı "Homo erectus" fosilinin tapıldığı məkan kimi qeydə alınıb.


Kəşf yalnız insan qalıqları ilə məhdudlaşmayıb. Həmçinin həmin dövrün zəngin bioloji müxtəlifliyini əks etdirən çoxsaylı heyvan fosilləri də gün üzünə çıxıb. Komodo əjdahaları, bufalolar, marallar, su camışları və artıq nəsli kəsilmiş nəhəng Steqodon adlı məməliyə aid 36 fərqli növdən qalıqlar tapılıb. Steqodonun 4 metrə çatan çiyin hündürlüyü və 10 tonu aşan çəkisi həmin dövrün ekosisteminin nə qədər zəngin və müxtəlif olduğunu nümayiş etdirir.

Tədqiqatçılar bu fosillərin yerləşdiyi çöküntü qatlarını da ətraflı təhlil ediblər. Optik olaraq uyarılmış luminessens (OSL) metodu ilə aparılan tarixləndirmə nəticəsində bu fosillərin 140 min ilə 120 min il əvvələ – orta pleystosen dövrünə aid olduğu müəyyən edilib. Bu dövr buzlaqların tədricən əriyərək dəniz səviyyəsinin qalxmağa başladığı və sahil ovalıqlarının su altında qaldığı kritik mərhələdir.

Sundalandın da bu iqlim dəyişikliyi ilə tədricən yox olduğu, alçaq ovalıqlarının sular altında qaldığı aydın olur. 14 min ilə 7 min il əvvəl buzlaqların əriməsi dəniz səviyyəsini təxminən 120 metr yüksəldərək bu böyük quru hissəsini tədricən udub.


Bəzi sümük fraqmentlərində məqsədli kəsik izləri alimləri təəccübləndirdi

Tapılan heyvan sümüklərinin bəzilərində erkən insanlara aid olması ehtimal edilən məqsədli kəsik izlərinin müşahidə olunması bu icmaların inkişaf etmiş ov strategiyaları formalaşdırdığını göstərir.

Xüsusilə inəyə bənzər bir heyvana aid sümüklərdə aşkar olunan kəsik izləri "Homo erectus"un ya müasir insan topluluqlarından ov texnikası öyrəndiyini, ya da bu strategiyaları müstəqil şəkildə inkişaf etdirdiyini ehtimal etdirir.

Arxeoloq Harold Berxuis bu tapıntıların "Homo erectus"un digər insan növləri ilə dolayı və ya birbaşa təmas qurmuş ola biləcəyinə dair ipucları verdiyini bildirir.

Berxuis qeyd edir: "Bu cür kəsik izləri mədəni mübadilənin və ya ortaq davranış modelinin göstəricisi ola bilər. Bu vəziyyət, "Homo erectus"un müasir insanlarla olan münasibəti və qarşılıqlı əlaqəsi ilə bağlı indiyə qədər qəbul edilmiş bir çox nəzəriyyəni yenidən müzakirəyə açır".

Solo çayından qalan basdırılmış vadilər də üzə çıxdı

Tədqiqatçılar fosillərin yerləşdiyi çöküntü qatlarını araşdırarkən qədim Solo çayından qalan basdırılmış vadi sisteminə də rast gəliblər. Bu sistem həmin ərazidə su altında qalmadan əvvəl geniş çay ekosistemlərinin mövcud olduğunu göstərir. Çaylar, göllər və otlaq sahələrinin bir araya gəldiyi bu coğrafiya erkən insan icmaları üçün ideal yaşayış mühiti olub.

Maral, antilopa bənzər heyvanlar və fillərin mövcudluğu, bol su qaynaqları, zəngin bitki örtüyü və ovçuluğa uyğun açıq sahələrin bu bölgədə bir arada olduğunu göstərir. Bu ərazilər yalnız "Homo erectus" kimi ovçu-yığıcılar üçün deyil, həm də dövrün yırtıcıları üçün məhsuldar bir qida zənciri təklif edib.


Ada layihəsi daha sürətli getsəydi bu məlumatlar yox olacaqdı

Bu kəşfin əhəmiyyəti yalnız elmi məlumatlarla məhdudlaşmır. Eyni zamanda sualtı arxeologiyasının potensialını və çətinliklərini də göz önünə sərir. Əgər Surabayadakı ada layihəsi daha sürətli irəliləsəydi, bu fosillər çox güman ki, əbədi olaraq yox olacaqdı. Bu baxımdan, vaxtında edilən müdaxilə insanlıq tarixinə dair mühüm bir pəncərənin açılmasını təmin edib.

Madura boğazındakı bu kəşf, əslində daha böyük mənzərənin yalnız bir parçasıdır. Alimlər texnologiyanın inkişafı ilə birlikdə su altında qalmış şəhərlərin, icmaların və insan fəaliyyətlərinin izlərini daha dəqiq üzə çıxarmağı ümid edirlər. Bu bölgə yalnız Cənub-Şərqi Asiya üçün deyil, bütövlükdə insanlıq tarixi üçün tədqiq olunmağı gözləyən böyük bir arxiv rolunu oynayır.

Gələcək araşdırmalar bu itirilmiş dünyaların qapılarını bir az da aralaya bilər. Kim bilir, bəlkə də okeanların dərinliklərində bizi gözləyən daha çox "ilk insan” hekayəsi mövcuddur.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 May 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri