Icma.az
close
up
RU
Süni intellekt: Tibdə yeni dövr başlayır, lakin risklər də var PROFESSOR

Süni intellekt: Tibdə yeni dövr başlayır, lakin risklər də var PROFESSOR

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu texnologiya diaqnozda diqqətdən yayınanları görür, amma həkimin yaradıcılığını əvəz etmir

Uşaq cərrahiyyəsində süni intellektin tətbiqi tibbdə yeni imkanlar yaratsa da, etik problemləri də gündəmə gətirir. “World Journal of Pediatric Surgery” jurnalında 25 mart 2026-cı ildə dərc olunan məqalədə bu sahədə əsas çağırışlar təhlil olunub.

Tədqiqat dörd əsas etik prinsip üzərində qurulub: muxtariyyət, faydalılıq, zərər verməmək və ədalət. Araşdırmaya görə, süni intellekt cərrahi risklərin proqnozlaşdırılması, nadir anadangəlmə xəstəliklərin diaqnostikası və əməliyyatdan sonrakı fəsadların öncədən müəyyən edilməsində istifadə olunur. Bu texnologiyalar daha dəqiq nəticələr versə də, pediatrik pasiyentlərdə məlumat azlığı və inkişaf fərqləri səbəbindən yanlış proqnoz riski qalır. Məqalədə vurğulanır ki, məlumat məxfiliyi, kiber təhlükəsizlik və sistemlərin şəffaf olmaması onların tətbiqini çətinləşdirir. Müəlliflər bildirir ki, süni intellekt yalnız həkim nəzarəti ilə istifadə olunmalı və pasiyent təhlükəsizliyi əsas prioritet kimi qorunmalıdır.

Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru, cərrah Adil Qeybulla “Sherg.az”a açıqlamasında bildirdi ki, nəzərə alaq ki süni intellekt ictimai həyatın bütün sahələrində, o cümlədən tibdə bizim həyatımıza daxil olmaqdadır. Cərahiyyədə, diaqnostikada, bəzi mühüm məsələlərin, alqoritmlərin, hansı ki bütün dünyada bu artıq tətbiq olunur, ayrı-ayrı xəstəliklərin müalicəsində süni intellektin daxil edilməsi yaxşı olardı. Amma: 

- Bu, heç bir halda həkimin peşəkarlığının itirilməsi hesabına olmamlıdır. İkinci tərəfdən, süni intellektlə məlumat bazasında, xəstələrin məxfi məlumatlarının ictimailəşdirilməsi riski həmişə qalır. Çünki bu, proqramdır və proqramların, hətta ən məxfi proqramların açılmasının biz şahidi olmuşuq. Əlbəttə, bunlar nəzərə alınmalıdır. Digər tərəfdən də bəzi məsələlərin, istər etik baxımdan olsun, istər xəstənin başqa məlumatları olsun, süni intellektə daxil edilərkən bunların məxfilik dərəcəsi müəyyən edilməlidir. Süni intellektin hər hansı situasiyada diaqnoz qoyarkən, başqa bir xəstəliyin izinə düşmək, o ehtimalı gücləndirmək və o istiqamətdə analizlərin olunması zərurətini ortaya qoymaq imkanları var. Yəni, insanın diqqətindən yayına bilər, amma süni intellektin diqqətindən yayna bilməz. İnsanın süni intellektdən daimi üstümlüqü onun yaradıcı təfəkkürüdür. Amma yenə deyirəm ki, biz süni intellektdən imtina edə bilməyəcəyik. Bu gün proqram diaqnoz qoymalar təbabətimizdə var. Kompüter tomoqrafiya adi rentgen müayinənin emalı ilə, maqnit rezonansı maqnit sahəsində əldə edilən görüntülərin emalı ilə ortaya çıxıb. Çoxsaylı bu cür müayinələr var ki süni intellektin elementləri orada özünü göstərir. Məişətimizdə də bu cür avdanalıqlar var. Süni intellektin əsas xüsusiyyəti assosiativ əlaqələrin yetərincə bolluğudur ki burada ən xırda nəzərdən qaça biləcək, insanın diqqətindən yayına biləcək cəhətlərin ortaya atılmasıdır. Bu sistem elə qurulmalıdır ki insan – konkret bu halda həkim öz peşəkarlığını itirməsin, süni intellekt isə həmişə onun yardımçısı olsun, həkimin diqqətindən yayınma riski olan məsələlərdə. Və əlbəttə ki həkim etikası kodeksində nəzərdə tutulan məsələlərin orada mütləq öz əksini tapması şərtilə. Təsadüfi deyil ki, cərrahiyyə, eləcə də uşaq cərrahiyyəsində süni intellektdən istifadədə etik problemlər önə çəkilir. Bu, təkcə uşaqlara deyil, bütün pasiyentlərə şamil edilməlidir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Mart 2026 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri