Suqovuşanda anasını qısqanclıq zəminində bıçaqlayan gəncə hökm oxundu
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Vüqar Ələkbərov 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 10 aprel 2025-ci il tarixdə, saat 14 radələrində Ağdərə rayonu, Suqovuşan qəsəbəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Vüqar Ələkbərov qısqanclıq zəminində anası M.Ələkbərovanı bıçaqlayıb.
Keçirilən tədbirlər nəticəsində V.Ələkbərov polis tərəfindən saxlanılıb.

