Icma.az
close
up
RU
Suriyada bu ölkələrin milyardları batdı Kondaliza Rays illər öncə nə demişdi? Müsahibə

Suriyada bu ölkələrin milyardları batdı Kondaliza Rays illər öncə nə demişdi? Müsahibə

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Globalinfo.az politoloq Yalçın Hacızadə ilə müsahibəni təqdim edir:

– Yalçın bəy, Suriyada 53 ildən sonra Bəşər Əsəd rejiminin süqutu böyük səs-küyə səbəb oldu. Suriyada baş verənləri necə dəyərləndirirsiniz?

– Yaxın Şərqin bəzi ölkələrində 2010-cu ildən sonra işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar etirazlar başladı. İlk qiyam Tunisdə qələbə ilə nəticələndi və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabidin ben Əli ölkəni tərk etdi. Tunis inqilabının qələbəsi digər ərəb ölkələrində “Ərəb baharı” adı verilən etirazlar dalğasının başlamasına təkan verdi.

“Doktor, sıra səndə” şüarı ilə 2011-ci ilin 15 mart tarixində Suriyada ilk etirazlar başladı. 1971-ci ildə dövlət çevrilişi ilə hakimiyyətə gələn Hafis Əsədin 2000-ci ildə ölməsindən sonra prezident “seçilmiş” oğlu Bəşər Əsəd öz xalqına qarşı ağır silahlardan istifadə edərək xalq etirazlarını güc yolu ilə yatırmağa çalışdı. Daha sonra öz hakimiyyətini qorumaq üçün Bəşər Əsəd Rusiyanı və İranı öz ölkəsinə dəvət edərək kömək istədi. Xalqa qarşı bu zaman Əsəd qüvvələri ilə yanaşı Rusiya, İran və onun maliyyələşdirdiyi terror təşkilatları da müharibəyə başladı. Nəticədə yüz minlərlə suriyalı qətlə yetirildi. Xeyli sayda insan ölkədən didərgin düşdü.
2014-cü ildə “İslam xilafəti” quracağı adı ilə İraqda yaradılan İŞİD terror təşkilatı Suriyada peyda oldu. Onu zərərsizləşdirmək üçün ABŞ rəhbər olmaqla Qərb koalisiyası yaradıldı. İŞİD-ə qarşı mübarizə üçün Amerika qoşunları Suriyaya yeridildi. İŞİD-in Suriya ərazisində tutduğu torpaqlar Amerikanın maliyyələşdirdiyi digər silahlı terror təşkilatı olan PKK/PYD vasitəsilə qısa müddət ərzində azad edildi. İŞİD-dən azad edilmiş torpaqları PKK/PYD terror təşkilatı öz idarəçiliyinə keçirdi. Həmin ərazilər Suriyanın 35-40 faizini təşkil edir və ölkənin əsas qaz və neft ehtiyatlarının olduğu yerlərdi.
PKK/PYD-nin özünə “dövlət” qurmaq istəməsi və ABŞ-ın bunu dəstəkləməsini Türkiyə etirazla qarşılasa da rəsmi Vaşinqton bu siyasətindən əl çəkmir.

– Bu, Yaxın Şərqin yenidən bölüşdürülməsi mənasına gəlir?

– “Ərəb baharı”nın olduğu ölkələr Aralıq Dənizi hövsəzində yerləşir və zəngin karbohidrogen ehtiyatlara malikdirlər. Həmçinin, dünya ticarəti üçün əhəmiyyətli nəqliyyat-kommunikasiya xətlərinin keçdiyi və ya keçə biləcəyi coğrafi mövqedə yerləşirlər. Həmin ölkələrdə inqilablardan sonra dövlət idarəçiliyi məhv edildi. Bir neçə yerə bölünərək beynəlxalq güclərin mübarizə ərazisinə və terror təşkilatlarının yuvalarına çevrildi. Amerika prezidenti Tramp hakimiyyətdə olduğu zaman İŞİD terror təşkilatını ABŞ-ın yaratdığını bildirdi. Ondan əvvəl dövlət katibi olmuş Kondalisa Rays Yaxın Şərq ölkələrinin parçalanacağını və əlavə olaraq bir neçə ölkənin yaradılacağını bildirmişdi. Bütün bunlar “Ərəb baharı”nın xalqların haqlı etirazları əsasında başladığını göstərsə də, əslində mahiyyətində Qərbin həmin regionu yenidən bölüşdürmək planının durduğunu göstərir.

– Bu proses niyə birdən-birə məhz bu il baş tutdu?

– 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi nəticəsində ağır sanksiyalara məruz qalan və Qərb ölkələrinə qarşı savaşan Rusiya dünyanın başqa yerlərində olan maraqlarını müdafiə etmək imkanlarını itirir. Eyni zamanda 7 oktyabr 2023-cü ildə HƏMAS təşkilatının İsrailə hücumu ilə başlayan müharibə nəticəsində İran və maliyyələşdirdiyi terror təşkilatları ağır zərbələr aldı. Rusiya Ukrayna müharibəsinə görə Suriyada olan qüvvələrini çıxartmışdı. İsraillə müharibə nəticəsində İranın da Suriya ərazisində olan qüvvələri və “Hizbullah” təşkilatı məhv edilmişdi. Nəticədə Bəşər Əsəd müdafiəsiz vəziyyətə düşdü. Bundan istifadə edən Türkiyənin dəstəklədiyi müxalif qüvvələr Bəşər Əsəd hakimiyyətini devirə bildi. Siyasətdə boşluq olmur, dərhal doldurulur deyə bir deyim var. 13 il ərzində olmayanın bir neçə gündə olmasının da səbəbi o idi ki, Rusiyanın, İranın və onun dəstəklədiyi terror təşkilatlarının çıxması ilə yaranan boşluğu Suriya müxalif gücləri doldurdu.
Türkiyənin dəstəklədiyi xalqın, müxalif qüvvələrin qatil Əsəd üzərində qələbəsi əslində Suriya daxil, Yaxın Şərqin fiziki baxımdan bölünməsi planını alt-üst etdi. Amma siyasi baxımdan sərhədləri yenidən müəyyən etdi. Türkiyə bütün beynəlxalq güclərin oyun qurduğu yerdə, özünün və Suriyanın maraqlarına uyğun siyasət qurmağı bacardı.

– İranın prosesdə rolunu necə dəyərləndirirsiniz?

– Suriyanın bölünməsinə və xalqına zülm edən Əsəd rejiminin hakimiyyətdə qalmasına milyardlarla dollar vəsait xərcləyən ölkələr məğlub vəziyyətə düşdü. Əsasən xarici siyasəti separatizm və terroru dəstəkləmək olan, ölkələrin dövlət idarəçiliyini məhv etməklə “Şiə hilalı” qurmaq istəyən İranın siyasəti və planı fiaskoya uğradı.

– Bəs, Türkiyə? Onunla bağlı suriyalıların yanaşması necədir?

– Suriya müxaliflərinin lideri Əhməd əş-Şəraa (Colani) Türkiyənin Suriya xalqına dəstək verdiyini və müxaliflərin qələbə qazanması üçün kömək etdiyini bildirib. Buna görə də Türkiyə ilə yaxın münasibətlərdə olacaqlarını deyib.

– Türkiyənin burada maraqları hansı istiqamətdədir?

– Türkiyənin Suriya üçün əsas planlarından biri həyata keçdi. Digər məqsədləri isə PKK/PYD terror təşkilatının məhv etməklə Suriyanın bölünməsinin qarşısını almaq və Türkiyə ərazisində olan suriyalı qaçqınların öz vətənlərinə dönməsini təmin etməkdir. Buna görə də Türkiyə Suriyanın gələcək həyatında aktiv iştirak etməlidir.

– Rəsmi Ankaranın səylərini, bundan sonrakı addımını necə dəyərləndirirsiniz?

– Türkiyənin son bir neçə ildir münaqişələrin həllində ədalətli rolu, sülh yaratma prosesində mühüm fəaliyyəti onun beynəlxalq imicini yüksəldir və ədalətsizliklə üzləşən xalqların, dövlətlərin ona yaxınlaşmasına yol açır. Hesab edirəm ki, Yaxın Şərqdə sülhün bərqərar olması üçün Türkiyə həmin coğrafiyada daha da aktiv siyasət aparmalı, o bölgənin dövlətləri də sülhə çatmaq üçün Türkiyə ilə əməkdaşlıqlarını inkişaf etdirməlidirlər.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri