Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Sürücüyə yol göstərməli olan nişanlar və xətlər bəzən təhlükə yaradır SƏBƏB? FOTO

Sürücüyə yol göstərməli olan nişanlar və xətlər bəzən təhlükə yaradır SƏBƏB? FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxt Bakının küçə və prospektlərində hərəkətin tənzimlənməsi üçün müxtəlif yol nişanları və işıqforlar quraşdırılıb. Sürücülər bu vasitələrin onların təhlükəsiz hərəkəti və düzgün istiqamət seçməsi üçün vacib olduğunu desə də, bəzən nişanların yerləşdirilməsində uyğunsuzluqlar, gec görünən lövhələr və ya ziddiyyətli göstərişlər müşahidə edilir. 

Bundan əlavə, bəzi yolların genişliyinə uyğun olmayan nişan ölçüləri və ya məntiqsiz şəkildə quraşdırılmış işıqforlar da sürücülərin hərəkətində çaşqınlıq yarada bilir. Yol nişanlarının aydınlığı və işıqforların yerləşdirilməsindəki texniki uyğunluq isə həm təhlükəsizlik, həm də hərəkətin axıcılığı baxımından son dərəcə əhəmiyyətlidir.
Bütün bunları nəzərə alaraq sual yaranır: Bakıda yol nişanları və işıqforlar nə dərəcədə sürücülərin rahatlığı və təhlükəsizliyi üçün uyğunlaşdırılıb?

Mövzu ilə bağlı nəqliyyat eksperti Fərhad Eyyubov Avtosfer.az-a bildirib ki, yol hərəkətinin təşkilində yol nişanları, nişanlanma xətləri və mövzular təhlükəsizliyin təminatı və nəzarət üçün nəzərdə tutulur: “Yol hərəkətinin düzgün təşkili üçün bütün bu məsələlər müəyyən standartlara uyğun şəkildə həyata keçirilir. Əlbəttə, yol nişanlarının yerləşdirilməsi elə olmalıdır ki, sürücülər onları yaxşı görə və düzgün dərk edə bilsin.

Nişanların müxtəlif göstəriciləri var. Onlar arasında xəbərdaredici, qadağanedici, göstərici və əmredici nişanlar mövcuddur. Hər nişanın öz funksiyası və əhəmiyyəti var. Bəzi nişanlar xəbərdarlıq edərək sürücüyə müəyyən şərait haqda məlumat verir, bəziləri isə hərəkət istiqamətini dəyişir, qadağan və ya icazə verir. Ümumiyyətlə, yol nişanları yolun elə hissəsində yerləşdirilməlidir ki, həm təhlükəsizlik təmin edilsin, həm də sürücülər onu aydın şəkildə görə bilsin.

Məlumatlılıq məsələsi də önəmlidir. Bir yerdə 5-6 nişanı eyni anda yerləşdirmək düzgün deyil. Çünki bu zaman sürücülər həmin nişanların mənasını və onların təsir dairəsindəki qaydaları qavraya bilmirlər. Nişanların yerləşmə standartlarına əsasən, bir yolayrıcında dörd nişandan artıq nişan yerləşdirilməsi çətinlik yaradır.

Yolun nişanlanması yəni nişanlarla birlikdə xətlər də bir-birini tamamlayır, uyğunluq təşkil edir. Əgər yolda nişanlanma ilə yol nişanı arasında ziddiyyət yaranarsa, onda yol nişanının təsir dairəsində nəzərdə tutulan qaydalara əməl etmək lazımdır. Nişanların yerləşməsi yolayrıclarında elə məsafədə olmalıdır ki, sürücülər onu vaxtında və aydın şəkildə görə bilsinlər”.

Ekspert əlavə edib ki, yol nişanlarının yerləşdirilməsi ilə bağlı müxtəlif modellər mövcuddur:

“Bəzi ölkələrdə yol nişanları estakadalar formasında və ya dirəklərlə yüksəkdə quraşdırılır. Bizdə isə bəzən yol nişanları elə yerlərdə yerləşdirilir ki, qışda görünür, amma yayda ağacların budaqları nişanı örtür. Bu səbəbdən, nişanların yerləşdirilməsi zamanı sürücülərin görmə imkanları nəzərə alınmalıdır.

Yol nişanlanması sürücülərə kömək üçün nəzərdə tutulur. Unutmaq olmaz ki, sürücülər nişanlara uyğun hərəkət etməlidirlər, nişanlar sürücülərə görə düzülməməlidir. Məqsəd təhlükəsizliyi təmin etmək və hərəkətin düzgün təşkilini həyata keçirməkdir.

Bakı şəhərində bu məsələlərlə bağlı monitorinqlər aparılmalıdır. Məsələn, mən uzun zamandır görürəm ki, bəzi nişanların üzərində yük maşınlarının qanadları örtücü rol oynayır. Bu kimi hallarda, mənim təklifim odur ki, hər səhər Dövlət Yol Polisi müəyyən iclaslarda bu tip məsələləri müzakirə etsin. Həmin ərazidə xidmət aparan yol polisi əməkdaşı qeydiyyat aparmalı, bu barədə məlumat verməlidir. Əgər məsələyə yol polisi müdaxilə edə bilmirsə, bu halda aidiyyəti qurumlar yaşıllaşdırma idarəsi, icra hakimiyyəti və digər müvafiq orqanlar məsələyə baxmalıdır.

Yol nişanları Bakı şəhərində hələlik ümumi standartlara uyğun şəkildə tərtib edilir və tətbiq olunur. Amma bu standartlar daha dəqiq müəyyənləşdirilməlidir. Şəhərdaxili yollarla şəhərlərarası magistral yollarda nişanların yerləşdirilməsi arasında fərqlər mövcuddur və hər biri üçün ayrıca standartlara əməl olunmalıdır.

Bəzi yerlərdə nişanların rəngi silinmiş, üzəri pozulmuş olur. Bu hallarda onları təmir etmək, yeniləmək və ya dəyişmək lazımdır. Yol nişanlarının yerləşdirilməsi ilə bağlı aparılan monitorinqlər bu məsələləri də əhatə etməlidir.

Nişanların bəziləri daimidir, bəziləri isə dəyişkəndir. Yəni günün müəyyən saatlarında dəyişən vəziyyətlərə uyğun olaraq tətbiq olunur. Yol hərəkətinin təşkilində belə çevik sistemlərə də ehtiyac var”.

Fərhad Eyyubov son nəticə olaraq bildirib ki, yol nişanları hərəkətin düzgün təşkili və təhlükəsizliyin təmin olunmasında əsas elementlərdən biridir: “Ona görə də həm monitorinq aparılmalı, həm düzgün şəkildə yerləşdirilməli, həm də sürücülərin fikirləri nəzərə alınmalıdır. Amma əsas olan budur ki, sürücülər nişanlara uyğun hərəkət etməlidir, nişanlar isə onların təhlükəsizliyini təmin etmək üçün düzgün yerlərdə və düzgün formada yerləşdirilməlidir”.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 May 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri