Susmaq heç nə deməmək deyil...
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yenə də bu haqda yazmaq şərt oldu.
"Susmaq - heç nə deməmək deyil, susmaq - həqiqəti deməməkdir".
Bir məşhur fikri bir daha xatırlatmağı özümə borc bildim.
Dünyəvilik haqqında paylaşımda mən yazmışdım: "Din dövlətdən ayrıdır, ancaq dövlətə qarşı deyil. Dövlət dindən ayrıdır, ancaq dövlətə qarşı deyil".
Amma sosial mediada əcaib müzakirə tendensiyası da görürəm: bir qism dini dövlətdən önə qoyur, başqa qism isə dövləti dindən önə qoyur. Ancaq bu yanaşmaların hər ikisi qüsurludur. Hər şeydən öndə olan millətdir, milli kimlikdir.
Bu, mənim şəxsi fikrimdir; öz təhlilimin nəticəsidir. Əsaslandırmağa çalışacam:
Əvvəlcə onu deyim: Azərbaycan da, başqa bütün müstəqil dövlətlər də öz istiqlalına çatmaq üçün milli kimlik şüurunu - milli identikliyini ön sıraya çıxarmışdı.
Biz keçən əsrin sonlarında milli-azadlıq hərəkatı aparmışıq, dini-azadlıq hərəkatı deyil. Etiqad azadlığı məhz milli dövlət quruculuğunun nəticəsində mümkün oldu. Özlüyündə dini etiqad öz azadlığını təmin edə bilməzdi axı.
1918-ci ildə Azərbaycanda müstəqil dövlət quruldu. İstiqlal Bəyannaməsinin IV bəndində bütün dinlərə bərabər azadlıq verilmişdi. Ancaq ayrıca qanun qəbul etməyə vaxt çatmadı, ya da Cümhuriyyət parlamenti gecikdi. Ancaq indiki Azərbaycan Respublikası bu səhvi təkrar etmədi: 1991-ci ilin dekabrın 29-da keçirilmiş referendumla Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı təsdiq olundu və hüquqi qüvvəyə mindi, üstündən heç bir il keçməmiş - 1992-ci il avqustun 20-də artıq "Dini etiqad azadlığı haqqında qanun qəbul edildi.
Hərçənd Konstitusiya Aktında da bu azadlıq təmin edilmişdi. 1995-ci il noyabrın 12-dı isə artıq dini etiqad azadlığı Konstitusiyada da təsbit olundu. O da referendumla təsdiqləndi.
Xüsusi vurğulamaq istəyirəm: söhbət dini etiqad azadlığından gedir, dini təriqət azadlığından deyil. Üstəlibək bu, siyasiləşmiş dini təriqətlərdirsə. Hətta hər dinə də azadlıq verilmir; Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin II bəndində deyilir: "İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır".
Beləliklə, dini etiqad azadlığı - inanc özbaşınalığına da yer qoymur; din adından siyasət, siyasət adından din, eləcədə, hər ikisinin adından zorakılıq qadağndır. Güc tətbiqetmənin də, hüquqtətbiqetmənin də hərəsinin öz hədləri, sərhədləri var. İnanc mədəniyyətinin də bəlli hüdudları var - hər Allahın qulu, hər inancı hər yerdə və hər şeydə ifadə edə bilməz deyə bir ictimai düşüncə var. Bunu tənzimləyən dövlətdir. Azadlıq - ən geniş qanun və əxlaq çərçivəsidir. Dövlət isə bu çərçivənin gözətçisidir; heç kimsə həddini aşmasın deyə. Qanuna və əxlaqa uyğun hədlər çərçivəsində hər kəs azaddır. Təbii ki, dövlətin müşahidəsi və lazım gələndə müdaxiləsi şərtdir.
Deməli, dini etiqad azadlığının da gerçəkdən təmin olunması üçün milli dövlət qurmaq vacib imiş.
Bu, dövlətin dindən üstün olması anlamına gəlmir, sadəcə olaraq, dini azadlığa hüquqi (həm də ən yüksək qanunverici səviyyədə) təminat vermək üçün milli dövlət lazım idi.
Baxın, 1920-ci ildə Xalq Cümhuriyyəti süqut edəndən, yerində Sovet hakimiyyəti qurulandan sonra Azərbaycanda İslam dininə, müsəlmanların inanc mədəniyyətinə münasibət necə olmuşdu?! Tarixdən məlumdur: bolşeviklər İslam dinini təqib etmişlər; din xadimləri repressiyaya məruz qalmış, dini məbədlər - məscidlər, ziyarətgahlar bağlanmışdı. Sovet dövründə Azərbaycanda salamat qalmış məscidləri bir çox yerlərdə dövlət idarəsinə, anbara, hətta tövləyə çevirmişdilər. Bu, tarixi faktlardır və gerçəklərdir; öz doğulub böyüdüyüm bölgədə görmüşəm.
Ancaq Azərbaycanda milli dövlət qurulandan sonra dini məbədlər yenidən inanclı insanlara - xalqa qautarıldı. Bunu kim inkar edə bilər?!
Təkcə elə məscidlərin sayındakı artım dediklərimizi sübut eləyir (rəsmi statistikaya baxa bilərsiniz).
Sovet dövründə - ilk illərdə də hakimiyyət ifrata varmışdı -
işğalçı bolşeviklər Allahsızlar Cəmiyyəti yaradacaq qədər absurda gedib çıxmışdılar.
Keçən əsrin 30-50-ci illərində repressiyalara məruz qalanların çoxu da elə ideoloji platformalara mənsub, milli-mənəvi dəyərlərlə yüklənmiş ziyalılar idi. Təkcə İslama qarşı deyildi, bütün dinlərə belə aqressiv yanaşma vardı. İslama qarşı isə ayrıca xüsusi qəddarlıq və barbarlıq edilirdi.
Ancaq bu mənəviyyat barbarlığına kim son qoydu? Kim Azərbaycanda dinləri əsarətdən qurtarıb, cəmiyyətdəki sayğın yerinə qaytardı?! Əlbəttə, müstəqil, milli dövlət.
Əgər bu dövlət dinə qarşı olsaydı, heç əvvəldən dini cəmiyyətdəki yerinə qaytarmaq istəməzdi.
Necə olur, milli dövlət İslamı Şər İmperiyasının caynaqlarından qurtarıb, inanc yiyəsinə qaytaranda ona inanırıq, indi niyə bir məktəb geyimini -məktəb hüdudları içində geyim tərzini gətirib ölkədə din qadağasına bağlayırıq, dövlətə hücum edib, sarsıtmağa çalışırıq?! Hüquqlarını bilmək çox yaxşıdır, əlbət.
Amma və lakin...
Hüquqlarını bilmək eyni zamanda hüdudlarını da bilməkdir.
Deməyim odur ki, milli dövlət sarsılanda, dinin mövqeyi də sarsılır. Dinin yerini qoruyan milli dövlətdir.
Bir sözlə, gəlin, oturduğumuz budağı baltalamayaq.
Bahəddin Həzi,
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 15 Oktyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















