Icma.az
close
up
RU
“Suverenlik və Konstitusiya: Gəncliklə gələcəyə” mövzusunda forum təşkil edilib VİDEO

“Suverenlik və Konstitusiya: Gəncliklə gələcəyə” mövzusunda forum təşkil edilib VİDEO

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenlik və Konstitusiya: Gəncliklə gələcəyə” mövzusunda forum təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə ombudsman Səbinə Əliyeva müstəqil respublikamızın tarixi inkişaf yolunda dövlət suverenliyinin və Azərbaycan Respublikasının Konstitusiyasının milli hüquq sistemimizin təməlini təşkil etdiyini bildirib. O, Ümummilli Lider Heydər Əliyevin bilavasitə müəllifi olduğu Azərbaycan Konstitusiyasının ölkəmizin hüquqi dövlət kimi inkişafının əsaslarını müəyyən etdiyini vurğulayıb.

Müvəkkil Ulu Öndərin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik strategiyası nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu, Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış torpaqlarını geri qaytararaq, bölgədəki sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verdiyini qeyd edib.

Ombudsman insan hüquqlarının qorunması və demokratik inkişafın davamlı şəkildə təmin edilməsinin dövlətimizin qarşısında duran ən vacib vəzifələrdən olduğunu, bu istiqamətdə hər kəsin, o cümlədən gənclərin fəallıq göstərməsinin vacibliyini diqqətə çatdırıb.

Səbinə Əliyeva forum zamanı aparılan müzakirələrin və irəli sürülən təkliflərin gənclərin Konstitusiya və suverenlik məsələlərinə dair maariflənməsinə zəmin yaradacağını, bu kimi tədbirlərin gənclər arasında hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafı baxımından əhəmiyyət daşıdığını qeyd edib.

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla diqqətə çatdırıb ki, ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, insan hüquqlarının qorunması və müstəqil dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi kontekstində inkişaf edir. Azərbaycan dövləti müstəqilliyini bərpa etdiyi gündən etibarən hüquqi dövlət quruculuğu prosesinə xüsusi önəm verib və bu istiqamətdə böyük nailiyyətlər əldə olunub.

Sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycan Respublikasının Konstitusiyası və insan hüquqları”, ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli “Heydər Əliyev irsi, müstəqil dövlətçilik və müasirlik”, Təhsil fakültəsinin dekanı Hikmət Əlizadə “Suverenlik xalqın milli sərvətidir” və universitetin tələbəsi Leyla Rzazadə “İkinci Qarabağ müharibəsində informasiya cəbhəsi: Azərbaycan Dillər Universitetinin tələbə və akademik heyətinin dəstəyi” mövzularında çıxış ediblər. Çıxışlarda ölkəmizin suverenliyi, insan hüquqları və müstəqil dövlətçiliyin Heydər Əliyev irsi fonunda inkişafı vurğulanıb, milli dəyərlərin qorunması və hüquqi şüurun formalaşdırılmasının vacibliyi önə çəkilib. Eyni zamanda, gənclərin, eləcə də elm və təhsil ictimaiyyətinin dövlətçilik və informasiya təhlükəsizliyi məsələlərinə töhfə verməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin mövzular üzrə ətraflı fikir mübadilələri aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri