Suyu bu halda içmək mədə bağırsağın DÜŞMƏNİDİR
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsti havada buzlu su içmək mədə-bağırsaq traktına ziyan vura bilər.
Bizim.Media xəbər verir ki, bunu "Radio 1"ə müsahibəsində nutrisioloq Alla Makarova deyib.
O qeyd edib ki, həddindən artıq soyuq su orqanizmdə stress yaradır. Belə ki, bədən suyu təcili qızdırmaq üçün əlavə resurslar sərf etməli olur.
"Suyun bədən temperaturunda və ya ondan bir qədər isti olması daha yaxşıdır. Məşhur “iki litr” qaydasına əməl etmək mütləq deyil. Su normasını bu formula ilə hesablamaq olar: bədən çəkisinin hər kiloqramına 30–40 millilitr. İçərkən adi mineral sulara və ya limonlu, nanəli, darçınlı sulara üstünlük vermək tövsiyə olunur. Suyu birdəfəyə yarım litr yox, tez-tez və az-az içmək daha yaxşıdır", - deyə Makarova məsləhət görüb.
Mütəxəssis əlavə edib ki, isti havada şirin qazlı içkilər və mağaza şirələri içmək qətiyyən olmaz.
Onların tərkibində bol miqdarda şəkər var və bu, orqanizmin susuzlaşmasına (dehidratasiyaya) səbəb olur.
Bizim.Media
Baxış sayı:98
Bu xəbər 11 İyun 2026 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















