Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Nəcibənin toyudur Fotolar

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Tahir Gözel: Data və süni intellekt dövründə kibertəhlükəsizlik milli təhlükəsizliyimizin əsas dayaqlarındandır

Tahir Gözel: Data və süni intellekt dövründə kibertəhlükəsizlik milli təhlükəsizliyimizin əsas dayaqlarındandır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Proxima Tech” dən ölkə üzrə güclü “kiberqalxan” — yeni Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycanda rəqəmsallaşma prosesinin sürətlənməsi, böyük həcmdə məlumatların toplanması və kritik infrastrukturun genişlənməsi fonunda kibertəhlükəsizlik ölkənin milli təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Qarabağ” Futbol Klubunun prezidenti və “Proxima Tech” şirkətinin təsisçisi Tahir Gözel Bakıda keçirilən “Proxima Cyberday 2025” tədbirində jurnalistlərə açıqlamasında səsləndirib. Bildirib ki, Azərbaycan sürətlə rəqəmsallaşan və böyük həcmdə məlumatların toplandığı bir ölkəyə çevrilir. Dövlət qurumlarının, korporativ strukturların, səhiyyə və digər sektorların məlumat infrastrukturunun genişlənməsi fonunda dataların qorunması milli təhlükəsizliyin ən vacib istiqamətlərindən biri kimi ön plana çıxır.

Onun sözlərinə görə, telekommunikasiya şirkətlərinin və böyük korporasiyaların regional və beynəlxalq arenada genişlənməsi ölkənin texnoloji inkişaf tempini daha da artırır. Bu isə ölkəni rəqiblərin, qərəzli qüvvələrin kiberhücumlarına qarşı daha həssas edir.

“Data və süni intellekt dövründə ölkələr üçün əsas məsələ bu məlumatları qorumaq və hücumlara qarşı dayanıqlı ekosistem yaratmaqdır. Çünki kiberhücumlar artıq sadə fərdlərin deyil, süni intellekt tərəfindən idarə olunan avtomatlaşdırılmış agentlərin iştirakı ilə həyata keçirilir”, – deyə Tahir Gözel qeyd edib. O deyib ki, “Proxima Tech” şirkətinin yeni Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi məhz bu ehtiyacı qarşılayır. Mərkəzdə “Cisco”, “Palo Alto”, “CrowdStrike”, “Nothreat” və digər qlobal tərəfdaşların ən müasir texnologiyaları tətbiq edilir, süni intellekt əsaslı qabaqcıl müdafiə sistemləri qurulur.

“Proxima Tech” şirkətinin təsisçisi vurğulayıb ki, məqsəd Azərbaycanın kritik infrastrukturunu, dövlət və özəl sektor məlumatlarını yüksək səviyyədə qoruyan güclü “kiberqalxan” formalaşdırmaqdır. O, həmçinin gələcəkdə ölkə gənclərinin dünya miqyasında rəqabət apara bilən kibertəhlükəsizlik məhsulları hazırlamasına, yerli startapların inkişaf etdirilərək milyard dollarlıq “unikon”lara çevrilməsinə dəstək vermək niyyətini ifadə edib.

“Süni intellekt və data erasında bizim öz yüksək texnoloji məhsullarımız və qlobal dəyərə malik şirkətlərimiz olmalıdır. Məqsədimiz məhz budur”, – deyə Tahir Gözel vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov ölkədə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb, yerli şirkətlərin artması rəqəmsal suverenlik baxımından müsbət hal olduğunu vurğulayıb.

XRİTDX rəsmisi iki gün əvvəl baş vermiş və 9000-dən çox resursun fəaliyyətinə təsir edən kiberinsidentin yalnız “Cloudflare hadisəsi” kimi qiymətləndirilməsinin doğru olmadığını, bunun xüsusən özəl sektorda xarici asılılığın doğurduğu riskləri bir daha göstərdiyini qeyd edib. O vurğulayıb ki, təsirlənən resursların əhəmiyyətli hissəsi media resursları olub və bu, informasiya müharibəsinə hazırlığın təmin edilməsində yerli həllərin vacibliyini bir daha önə çıxarır. Tural Məmmədov bildirib ki, dövlətin həyata keçirdiyi siyasət nəticəsində lokal mühafizə mexanizmlərinə üstünlük verilir. Son üç ildə 457-dən çox dövlət qurumunun şəbəkə təhlükəsizliyi “AzStateNet” şəbəkəsi üzərinə keçirilməklə lokallaşdırılıb və tam yerli mühafizə təmin edilib.

O əlavə edib ki, ölkədə qlobal internetlə bağlı kəsinti baş verəcəyi təqdirdə belə, bütün dövlət informasiya ehtiyatlarının fəaliyyəti lokal mühitdə tam təmin olunacaq. XRİTDX tərəfindən güc strukturları və kritik infrastruktur üçün təmin edilən xüsusi rabitə və radiorabitə xidmətləri də mobil şəbəkələrdən asılı olmadan işləyir. Həmçinin dövlət qurumlarında tətbiq olunan və vatsapa alternativ kimi təqdim edilən “Teams” platforması xarici asılılığı azaltmağa xidmət edən yerli həllərdən biridir.

Tural Məmmədov “Proxima Tech” kimi yerli şirkətlərin təşəbbüslərinin ekosistemin inkişafına ciddi töhfə verəcəyini qeyd edib.

Tədbirdə “CrowdStrike”, “CyberArk”, “Cymulate”, “Dell Technologies”, “F5”, “Fortinet”, “IBM”, “Mirket”, “Netwrix”, “Nothreat”, “Palo Alto Networks”, “Tenable”, “TrendMicro” beynəlxalq şirkətlərinin təmsilçiləri ən müasir kibertəhlükəsizlik həllərini təqdim ediblər. Mövzular sırasında “Süni intellekt dövründə aparıcı kibermüdafiə”, “Maşın və insan şəxsiyyətlərinin qorunması”, “Davamlı təhdidlərə məruz qalmanın idarə edilməsi”, “Kiberdavamlılıq modelləri”, “Aldatma texnologiyaları”, “Risk əsaslı zəifliklərin idarə edilməsi”, “Tətbiq təhlükəsizliyinin transformasiyası” kimi məsələlər yer alıb.

Gün ərzində keçirilən panel sessiyalarda da Azərbaycan üzrə kibertəhlükəsizlik imkanları, mövcud risklər, dövlət-özəl sektor əməkdaşlığı və süni intellekt erasında təhlükəsizlik yanaşmaları müzakirə olunub. Panelə “Proxima Tech Cyber Security” şirkətinin kibertəhlükəsizlik üzrə biznes inkişaf meneceri Nərgiz Verdiyeva moderatorluq edib.

Tədbir ölkənin kibertəhlükəsizlik sahəsində artan potensialını, yerli şirkətlərin qlobal standartlara uyğunlaşmasını və Azərbaycanın regional innovasiya mərkəzinə çevrilməsi istiqamətində atdığı addımları nümayiş etdirmək məqsədilə keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see509

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see329

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see287

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see213

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see196

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see156

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see148

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see147

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see145

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see139

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see137

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see136

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see129

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see129

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see127

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri