Icma.az
close
up
RU
Tahir Süleymanov: “Çempionatın səviyyəsi klublarımızın Avropadakı çıxışı ilə bəlli olacaq”

Tahir Süleymanov: “Çempionatın səviyyəsi klublarımızın Avropadakı çıxışı ilə bəlli olacaq”

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

"Neftçi"nin sabiq vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Tahir Süleymanov apasport.az-a açıqlama verib. 

Təcrübəli mütəxəssis bildirib ki, istənilən çempionatda uğurlu çıxışın əsasında strateji planlama və mövsümöncəsi düzgün addımlar dayanır: 

"İstənilən çempionatda uğurlu çıxış etmək üçün strateji təməl, ona uyğun atılan addımların nəticəsi yarışlarda özünü əyani göstərir. Mövsümöncəsi klubların hazırlığına diqqət yetirdikdə, təhlillər apardıqda, hazırkı durum gözlənilən idi və heç bir təəccüb yaratmadı. Komandaların çıxışları böyük ölçüdə  çempionatdan öncə, əsasən də yay hazırlıq dövründə bəlli olur. Bu kriteriyalara transferlərdən, məşqçi seçimlərindən tutmuş kompleks məsələlər daxildi. Hansı klublar bunları həyata keçirə bilir, turnir cədvəli özündə bunu əks etdirir. Sabit çıxış edən komandalar, özünü göstərənlər də var, ümidləri doğrultmayanlar da. Ümumən çempionatda orta güc balansı formalaşıb, rəqabət nisbətən artıb".

Mütəxəssis "Sabah"ın qış fasiləsinə lider yollanmasını sürpriz saymadığını qeyd edib: 

"Sabah"ın qış fasiləsinə vahid lider getməsi mənim üçün sürpriz olmadı. Hələ 1-2 il öncə, bu klubun fəaliyyəti ilə bağlı analitik yazı yazıb "Sabah"ın inkişaf edəcəyini təhlil etmiş,dəyərli oxucularla paylaşmışdım. Yeni yaranmış klubun böyük düşünmək istəyi, buna doğru strateji fəaliyyəti, idarəçilik, tək əsas komandaya deyil, yüksək təşkilatçılığa, uşaq-gənclər futboluna yönələn işləri, bu qənaətə gəlməyə əsas verirdi. Bu tendensiya davam edəcək. Əsas amillərdən biri, "Sabah"ın psixoloji və faktiki olaraq liderlik təzyiqinə dözmələri, sabit çıxış etməyə davam etmələridir. Qış fasiləsindən sonra bu tempi davam etdirə, daxili balansı qoruya, kənar təzyiqlərə dözə bilsələr, artan trayektoriya ilə inkişaflarını təmin edə bilərlər. "Sabah"ın liderliyi qoruyub saxlamaq yolunda ən böyük rəqibi, mental olaraq daimi zirvədə olmağa alışmamalarıdır. Psixoloji olaraq bu baryeri aşmalı, daimi gündəmdə, təbii təzyiq, liderlik yükü, ağırlığı altında olacaqlarına hazır olmalıdırlar. Üstün cəhətləri, klub indiki səviyyəyə gəlibsə, deməli, bu istək, dərketmə yerindədir. Çünki "Sabah"ın hazırda turnir cədvəlində "Qarabağ"la liderliyi təsadüfi yox, görülən kompleks işlərin nəticəsidir".

Ekspertin fikrincə, qış fasiləsində komandanı köklü şəkildə yenidən qurmaq mümkün deyil, yalnız müəyyən korrektələr edilə bilər: 

"Qış fasiləsində komanda qurulmaz, ancaq yay hazırlıq dönəmindəki müsbət və mənfi tərəflərin nisbətən korrektələri mümkündür. Nəzərə alınmalıdır ki, indiki hazırlıq mərhələsi çox qısadır. O klublar ki, uğursuzluqla üzləşiblər, onların vəziyyəti aradan qaldırmaq şansları minimumdur və qarşılarına ciddi hədəflər qoya bilməzlər, ancaq lokal məsələlərin həllinə çalışılacaq. 3 dövrəli sistemi nəzərə aldıqda, komandalar xırda uğursuzluqları aradan qaldırmaqda əziyyət çəkəcəklər. Oyun sayı və vaxt imkan verməyəcək. Bu da hər turun barışmaz xarakter alacağını şərtləndirir. Belə durumda, qış fasiləsindən sonra, hakimlərin üzərinə böyük yük, məsuliyyət düşəcək. Komandalar hər xal uğrunda, əsasən də çempionluq, 5-6 klubun avrokuboklara vəsiqə, aşağılarda isə 3 komandanın liqada qalmaq uğrunda amansız mübarizəsi gedəcək.

Strateji olaraq əsas göstərici isə, çempionatın yekununa uyğun olaraq, avrokuboklarda çıxış edəcək klublarımızın nəticələri olacaq. Çempionatın hansı səviyyədə olduğunu komandalarımız Avropada çıxışları ilə bəlli edəcəklər. Daxili rəqabət, barışmaz mübarizliklə yanaşı, komandaların ümumi ustalıq səviyyələri, avrokuboklarda hədəfləri artmalıdır".

Qeyd edək ki, turnir cədvəlinə əsasən “Sabah” 1-ci, “Qarabağ” 2-ci, “Zirə” 3-cü pillədə qərarlaşıb. İlk beşliyi “Turan Tovuz” (4-cü yer) və “Sumqayıt” (5-ci yer) tamamlayır. “Araz-Naxçıvan” 6-cı, “Şamaxı” 7-ci, “Neftçi” isə 8-ci sıradadır. Turnir cədvəlinin aşağı pillələrində “İmişli”, “Kəpəz”, “Qəbələ” və “Karvan-Yevlax” yer alıb.

Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı bəlli olub "Qarabağ" - "Turan Tovuz" matçının tarixi açıqlanıb Kamal Quliyev müalicəsi barədə: Nəsə istəyəndə xəcalət çəkirəm, utanıram... Günün oyunları bu kanallarda Qurban Qurbanov brifinq keçirəcək
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://apasport.az
archiveBu xəbər 07 Yanvar 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri