Tahir Süleymanov: Sabah ın fasiləyə lider getməsi sürpriz olmadı
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Neftçi"nin sabiq vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Tahir Süleymanov apasport.az-a açıqlama verib.
Təcrübəli mütəxəssis bildirib ki, istənilən çempionatda uğurlu çıxışın əsasında strateji planlama və mövsümöncəsi düzgün addımlar dayanır:
"İstənilən çempionatda uğurlu çıxış etmək üçün strateji təməl, ona uyğun atılan addımların nəticəsi yarışlarda özünü əyani göstərir. Mövsümöncəsi klubların hazırlığına diqqət yetirdikdə, təhlillər apardıqda, hazırkı durum gözlənilən idi və heç bir təəccüb yaratmadı. Komandaların çıxışları böyük ölçüdə çempionatdan öncə, əsasən də yay hazırlıq dövründə bəlli olur. Bu kriteriyalara transferlərdən, məşqçi seçimlərindən tutmuş kompleks məsələlər daxildi. Hansı klublar bunları həyata keçirə bilir, turnir cədvəli özündə bunu əks etdirir. Sabit çıxış edən komandalar, özünü göstərənlər də var, ümidləri doğrultmayanlar da. Ümumən çempionatda orta güc balansı formalaşıb, rəqabət nisbətən artıb".
Mütəxəssis "Sabah"ın qış fasiləsinə lider yollanmasını sürpriz saymadığını qeyd edib:
"Sabah"ın qış fasiləsinə vahid lider getməsi mənim üçün sürpriz olmadı. Hələ 1-2 il öncə, bu klubun fəaliyyəti ilə bağlı analitik yazı yazıb "Sabah"ın inkişaf edəcəyini təhlil etmiş,dəyərli oxucularla paylaşmışdım. Yeni yaranmış klubun böyük düşünmək istəyi, buna doğru strateji fəaliyyəti, idarəçilik, tək əsas komandaya deyil, yüksək təşkilatçılığa, uşaq-gənclər futboluna yönələn işləri, bu qənaətə gəlməyə əsas verirdi. Bu tendensiya davam edəcək. Əsas amillərdən biri, "Sabah"ın psixoloji və faktiki olaraq liderlik təzyiqinə dözmələri, sabit çıxış etməyə davam etmələridir. Qış fasiləsindən sonra bu tempi davam etdirə, daxili balansı qoruya, kənar təzyiqlərə dözə bilsələr, artan trayektoriya ilə inkişaflarını təmin edə bilərlər. "Sabah"ın liderliyi qoruyub saxlamaq yolunda ən böyük rəqibi, mental olaraq daimi zirvədə olmağa alışmamalarıdır. Psixoloji olaraq bu baryeri aşmalı, daimi gündəmdə, təbii təzyiq, liderlik yükü, ağırlığı altında olacaqlarına hazır olmalıdırlar. Üstün cəhətləri, klub indiki səviyyəyə gəlibsə, deməli, bu istək, dərketmə yerindədir. Çünki "Sabah"ın hazırda turnir cədvəlində "Qarabağ"ı qabaqlayaraq lider olması təsadüfi yox, görülən kompleks işlərin nəticəsidir".
Ekspertin fikrincə, qış fasiləsində komandanı köklü şəkildə yenidən qurmaq mümkün deyil, yalnız müəyyən korrektələr edilə bilər:
"Qış fasiləsində komanda qurulmaz, ancaq yay hazırlıq dönəmindəki müsbət və mənfi tərəflərin nisbətən korrektələri mümkündür. Nəzərə alınmalıdır ki, indiki hazırlıq mərhələsi çox qısadır. O klublar ki, uğursuzluqla üzləşiblər, onların vəziyyəti aradan qaldırmaq şansları minimumdur və qarşılarına ciddi hədəflər qoya bilməzlər, ancaq lokal məsələlərin həllinə çalışılacaq. 3 dövrəli sistemi nəzərə aldıqda, komandalar xırda uğursuzluqları aradan qaldırmaqda əziyyət çəkəcəklər. Oyun sayı və vaxt imkan verməyəcək. Bu da hər turun barışmaz xarakter alacağını şərtləndirir. Belə durumda, qış fasiləsindən sonra, hakimlərin üzərinə böyük yük, məsuliyyət düşəcək. Komandalar hər xal uğrunda, əsasən də çempionluq, 5-6 klubun avrokuboklara vəsiqə, aşağılarda isə 3 komandanın liqada qalmaq uğrunda amansız mübarizəsi gedəcək.
Strateji olaraq əsas göstərici isə, çempionatın yekununa uyğun olaraq, avrokuboklarda çıxış edəcək klublarımızın nəticələri olacaq. Çempionatın hansı səviyyədə olduğunu komandalarımız Avropada çıxışları ilə bəlli edəcəklər. Daxili rəqabət, barışmaz mübarizliklə yanaşı, komandaların ümumi ustalıq səviyyələri, avrokuboklarda hədəfləri artmalıdır".
Qeyd edək ki, turnir cədvəlinə əsasən “Sabah” 1-ci, “Qarabağ” 2-ci, “Zirə” 3-cü pillədə qərarlaşıb. İlk beşliyi “Turan Tovuz” (4-cü yer) və “Sumqayıt” (5-ci yer) tamamlayır. “Araz-Naxçıvan” 6-cı, “Şamaxı” 7-ci, “Neftçi” isə 8-ci sıradadır. Turnir cədvəlinin aşağı pillələrində “İmişli”, “Kəpəz”, “Qəbələ” və “Karvan-Yevlax” yer alıb.
Misli Premyer Liqası: XIX turun oyun cədvəli Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı bəlli olub "Qarabağ" - "Turan Tovuz" matçının tarixi açıqlanıb Kamal Quliyev müalicəsi barədə: Nəsə istəyəndə xəcalət çəkirəm, utanıram... Günün oyunları bu kanallarda
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 07 Yanvar 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















