Icma.az
close
up
RU
Taksi xidməti və mopedlərlə bağlı hansı yeniliklər olacaq? EKSPERT AÇIQLADI VİDEO

Taksi xidməti və mopedlərlə bağlı hansı yeniliklər olacaq? EKSPERT AÇIQLADI VİDEO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Nazirlər Kabinetinin verdiyi qərara Bakıda taksilərin sayı ilə bağlı limit 25 min olaraq dəqiqləşib. Bununla bağlı artıq 2 gündür ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslər arasında suallar yaranıb. Belə ki, taksi lisenziyası olan sürücülər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) binası qarşısında gecədən növbəyə düzülüblər.

Avtosfer.az xəbər verir ki, taksi sürücülərini təşvişə salan qərarla bağlı AYNA-dan açıqlama verilsə də, hələ də bəzi sürücülər sosial şəbəkələrdə yaranan vəziyyətlə bağlı narazılıqlarını ifadə ediblər. Onlar hələ də 9-10 min taksi sürücüsünün lisenziyasının ləğvindən narahat olduqlarını bildiriblər.

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı sürücüləri narahat edən məsələyə aydınlıq gətirib. O bildirib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi öz açıqlamasında Nazirlər Kabinetinin müvafiq qərarından sonra taksi ilə sərnişin daşımaları üçün kvotanın 25 000 olmasına baxmayaraq, heç bir aktiv buraxılış kartı ləğv olunmayacağını açıqlayıb:

“Taksi limiti ilə bağlı qərar noyabrın 1-dən etibarən qüvvəyə minir. NAzirlər Kabinetinin qərarı açıqlanan gün mən AYNA rəhbərliyi ilə müzakirə apardıq. Onlar bildirdilər ki, burada hansısa fantastic dəyişiklik olmayacaq. Doğrudur, indi 34 min taksi qeydiyyatdadır və onlardan 20 mini fiziki şəxslərdir, yəni sıravi vətəndaşlar öz avtomobili ilə qeydiyyatdan keçiblər, imtahan verib sertifikat alıblar və taksi sürücüsü olublar. Qalan 14 mini isə taksi şirkətləri, yəni “Bolt”un, “Uber”in tərəfdaşı olan parklardır. Bu say həmin taksi parklarının əldə etdiyi buraxılış kartlarının göstəricisidir. Bu məqamda gələcəkdə taksi şirkətlərinin qarşısına şərtlər qoyulacaq. Yəni şirkətlər sürücülərin iş rejiminə nəzarət etməli olacaqlar. Sürücülər 8 saatlıq iş rejimi ilə işləyəcəklər. Belə olan halda 25 mindən əlavə buraxılış kartı olan şəxslər kənarda qalmayacaq. İndi işğaldan azad olunan ərazilərə də qayıdış başlayıb. Ola bilsin ki, sürücülər arasında nə qədərsə məcburi köçkün var. Onlar qayıdıb öz elində, obasında da bu fəaliyyəti göstərə biləcəklər”.

Ekspert, həmçinin, mopedlərlə bağlı qərara da aydınlıq gətirib. O qeyd edib ki, moped sürücülərinin çoxu artıq vətəndaşları bezdirib:

“Moped sürücüləri səsboğucuya müdaxilələr edir, gecələr insanları yatmağa qoymurlar, narahat edirlər. Bizim ofisin yanında 3-4 cavan oğlan yığışır məhəlləyə. Buradan da Bəsti Bağıorva küçəsi, “Nizami” metrosunun yanında bir dövrə vurub yoxa çıxırlar. Bu adamların, görün həyat tərzi nədən ibarətdir. Amma bir çox sürücülər də var ki, moped idarə edir, işləyir, ailəsinə pul aparır. Amma indi onların da problem olacaq. Məcburdurlar ki, sürücülük məktəbi oxusunlar, gedib imtahan verib sürücülük vəsiqəsi alsınlar. Mopedləri texbiki müayinədən keçirib dövlət qeydiyyatına alınmalıdır. Buna görə də yenə rüsum ödəməlidirlır. Moped sürənlər özləri özlərinə problem yaratdılar”.

Elməddin Muradlının şərh verdiyi həmin videonu sizə təqdim edirik:

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Oktyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri