Icma.az
close
up
RU
Talassemiyalı uşaqlar üçün vəsaiti ələ keçirməkdə təqsirləndirilənlərin məhkəməsində şahidlər ifadə verib

Talassemiyalı uşaqlar üçün vəsaiti ələ keçirməkdə təqsirləndirilənlərin məhkəməsində şahidlər ifadə verib

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərin bundan öncəki iclaslarda verdikləri vəsatət təmin edildiyi elan olunub və təqsirləndirilən şəxslərin telefon əhatə dairəsi ilə bağlı məlumatlar götürülüb.

Şahid qismində ifadə verən Füzuli Rəhimov bildirib ki, o, Nuridə Seyidovanın sürücüsü olaraq çalışıb və təqsirləndirilən şəxsləri tanıyır. Füzuli Rəhimov ona verilən pulları çatdırdığını, valyuta dəyişməsi ilə məşğul olmadığını deyib: “Bir dəfə Aysel xanımdan 7500, bir dəfə də 23 min dollar alıb Nuridə xanıma çatdırmışam”.

Aysel Məmmədova şahidin ifadəsini təsdiqləyərək bildirib ki, 7500 dollar zərərçəkən Lamiyənin, 23 min isə digər zərərçəkən Kamilin pulu olub.

Zərərçəkən Kamil bildirib ki, ona 23 min dolları Aysel Məmmədovaya verməsi göstərişini Gömrük Xəstəxanasında olarkən Mircəlal doktor verib. Aysel Məmmədova həmin pulu şahid F. Rəhimova verib ki, Nuridə Seyidova çatdırsın.

Nuridə Seyidova pulu aldığını təsdiq edib: "Həmin pulu alıb şirkətin siyahısında növbədə olan digər xəstənin adına Türkiyəyə çatdırmışam. Məndə çekləri də var".

Digər şahid, fiziki qüsurlu şəxs olan Toğrul Kərimov ifadəsində qeyd edib ki, iş axtararkən təqsirləndirilənlərlə tanış olub: "İş elanı vermişdim. Nuridə Seyidova zəng edib iş təklif etdi. Rəsmi olmayan işdə 400 manata çalışırdım. İşim telefonlara cavab vermək olub. Mən xəstəxanalarla danışır, onların adını sayta saldırmağa çalışırdım. Mənə verilən və göndərilən pulları isə kartımdan çıxarıb, Nuridə Seyidovaya vermişəm. Bəzən ölkə xaricinə də pul göndərmişəm”.

Hakim Azad Məcidov bildirib ki, şahid pullara görə məsuliyyətə cəlb oluna bilərdi: "Çünki pulları sən almısan, həm də dollar şəklində almısan. Bu özü də qanunsuzdur, çünki Azərbaycanda pul vahidi manatdır. Nuridə də deyir ki, pulu ona verməmisən, kassaya da daxil etməmisən. Ümumiyyətlə dövlətə həmin puldan 1 qəpik də olsun mənfəət vergisi ödəməmisən. Bunların hamısı məsuliyyət təşkil edir".

Şahid bildirib ki, pulları ona verilən tapşırıq əsasında dollar şəklində alıb, Nuridə Seyidovaya çatdırıb. Onun vəzifə səlahiyyətlərində pullarla bağlı işlərə qarışmaq olmayıb.

Proses aprelin 2-də davam edəcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Mart 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri