Icma.az
close
up
RU
Tale adamı, Zəngəzur adamı: Musa Urud! Taleh Şahsuvarlı yazır

Tale adamı, Zəngəzur adamı: Musa Urud! Taleh Şahsuvarlı yazır

Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İçimdən keçdi birdən-birə...

Musa Uruda bir məktub yazmaq istədim.

Bəlkə də ad eyniliyindən oldu, bilmirəm, yadıma unudulmaz Məmməd Arazın Musa Yaquba xitabən misraları düşdü, böyük ustadların ruhuna böyük sayğılarla onu improvizə edərək təqdim edəcəm:

Musa Urud, gözü yolda Sisyanın,
Gözlərinin qara yaşı göyərdi.
Göyərmədi istədiyi bircə dən,
Salvartının qara daşı göyərdi.

Bir ömür var qarşımda, həzin-həzin vərəqləyirəm.

Urud ömrüdur o, bizim Musa müəllimin ömrü.

İllərlə görüşməsək də dostumdur, yoldaşım, qardaşım, ağsaqqallımdır.

Yanlış anlamayın, onun məndən, mənim ondan keçəcək bir işim yox.

Ayda-ildə zəngələşərik, zəngləşmərik...

Hə, bir qonaqlıq söz verib, mənə və sirdaşım Comərdli Kərimə, əziz sirdaşıma.

Adamın üstündə Allah var, hər dəfə arayanda təklifini yada salır, intəhası, mən də, Kərim də nə qədər arzulasaq da, həm getməyə macal tapmırıq, həm də düzü, bir az qıymırıq.

Bu qədər səmimi, bu qədər içdən, bəlkə oxuculara deyilməyəcək səmimiyyəti ifadə etdim.

Olsun!- bu da mənim günahım olsun!

Amma, bilərəkdən girirəm bu günaha.

Zəngəzurun Comərdli kəndində ocağına şəstlə girəcəyim adam Kərim, Ərəfsədə "CXP-li" dediyimiz Fariz, Urudda qapısını ürəklə döyəcəyim insan Musa müəllimdir.

Məsələn, eyni ərklə yanaşdığım Göyçədə əziz müəllimim Sahib Alıyev, uğurlarına özümdən daha çox sevindiyim lisey yoldaşım, deputat Rizvan Nəbiyev, görüşmədiyimiz sənələrin aramıza sərinlik qata bilmədiyi Rizvan Hacıyev.. Və əlbəttə abim Mürvət Həsənlidir...

Qərbi Azərbaycandan hədsiz sayda çox dostlarım var, çox...

Çoxu həmkarımdır deyə, adını çəkmirəm, birdən kimisə unudaram, incəyərlər...

Hə, Qarabağ işğaldan azad olunandan bəri mən də özümü “Qərbi Azərbaycanlı” elan etmişəm, hesab edirəm ki, düz də etmişəm, amma bu başqa məsələ- hələ Güney Azərbaycanlı, Kərküklü də olacam!

"Başqa məsələ" deyəndə, bir az çəmini, yolunu-yöntəmini tapıb bu məsələnin də axırına çıxmaq üçün riskə getməliyik. Sərhədlərimiz çox süni, tarixi və hüquqi vətənimiz rus işğalı nəticəsində çox əndrabadidir.

Gəlirəm mətləbə, özü də karandaşlar göyərməmiş.

Bizim, bütün cəmiyyətimizin Zəngəzur ruhunu diri saxlayan insanlar arasında əlimizi tuşlaya biləcəyimiz adamdır Musa Urud.

İnsan kimi...

Ziyalı kimi...

Ədib kimi...

Deputat kimi...

Ulu Öndər Heydər Əliyevin siyasi irsini yorulmadan, usanmadan təbliğ edən bir ictimai-siyasi xadim kimi...

Salvartının qara daşı çoxdan göyəribsə, bizim ruhumuzun bundan çox göyərməsinə nə hacət?

Qərbi Zəngəzura gedəcəyik, mütləq və mütləq gedəcəyik.

Gedəndə mütləq birinci Musa müəllimin qapısını döyəcəyik, evində çörək kəsəcəyik.

O xalça, Musa Urudun dədə evindəki o xalça, üzərindən Qarabağda cəhənnəmə vasil olmuş erməninin şəkli asılmış o xalça yenə divardan asılı olacaqmı?

Mən uçan xalçalara inanan yaşda deyiləm, divarlardakı xalçaların müqəddəsliyinə etiqad edirəm (bu şərtlə ki üstündən düşmənin deyil, dədə-babalarımızın şəkli asılsın), amma ilk növbədə yürüdüyümüz yol və onun üzərindəki xalçalar qutsal olmalı.

Qılavuzumuz İlham Əliyevdir!

Dünyanı düz oxuyan, düz görən, tarixdən düz nəticə çıxaran adam.

Ərköyünlüyümüzə dözən, günahlarımızı bağışlayan, varsa, haqqımızı verən odur.

Minillikləri əhatə edən tariximizin bütün yükü onun çiynində.

"Sehrli xalça" gözləyirik ondan, bəli, BƏƏƏLİ, məhz sehrli xalça!

İllər öncə Qarabağa qayıtmaq üçün də sehr lazım idi, amma o mistik adam bunu bacardı.

Tam səmimi deyirəm, özü də kifayət qədər rasional düşünərək, bizi Qarabağa və Şərqi Zəngəzura bir “sehrli xalça”nı- geopotikanın sirlərini bilən O ADAM qaytardı- millətin gücünü hiss edərək, eli arxasına alaraq.

Milli güc bir çox hallarda məhz ƏRKdir.

Milli güc bir çox hallarda məhz ÜMİDdir.

Milli güc bir çox hallarda QALIN KÖLGƏdir.

Amma bütün hallarda MİLLİ GÜC BİR İŞIQDIR!

O işıqlı adamın düşüncəsini yayan adamlardandır Musa Urud.

Yenə deyirəm, içimdən keçdi birdən-birə onun haqqında yazmaq.

Aşıq Zəngəzurludu,
Üzü, gözü nurludu.
Yurdsuz xar olan igid,
Eliynən qürurludu.

QÜRUR- bir insanın ömür yoluna ən gözəl qiyməti verən ifadə budursa, deməli, mənalı bir həyat var ortada.
Mənim dədə yurdumdan (Laçının Qarıqışlaq kəndindən ) Musa müəllimin doğulduğu Urud kəndi arasında çox az məsafə var- aramızdakı dağın adı İŞIQLI!

Qaragöl, Dəmirdağ, İşıqlı- bizim mistik ünvanlarımızdır.

Gerçəkliyə qayıdaq.

Gerçəklik budur ki:

Azərbaycanın heç bir ziyalısı, içində işıq olan heç bir kimsə Vətən davasına çıxanda təmənna güdməyib.

Təmənnamız- fədakarlıq, fədakarlıq-əzmimiz olub!

Qərbi Zəngəzura qayıtmağımızın ayrı bir yolu da yoxdur- bütün yollar səbr və təmkindən keçir.

Milli imzalara, milli düşüncə mənsublarına qarşı, dövlətin xas adamları əleyhinə çoxları çalışacaq- bu, bizim taleyimiz deyilmi?

... Və Siz bir tale adamısınız, Mura Urud, tale adamı!

Tale- Vicdan, Tale- Qələm, Tale-Zəngəzurdur!

İMZA ƏVƏZİ: “+ H”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 08 Fevral 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see184

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see137

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see129

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see127

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see127

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see125

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see123

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see122

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see122

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see119

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see119

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see118

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see118

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see118

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see114

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see114

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see112

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see111

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri