Taleh Kazımov: “ABB nin İPO sunda səhmlərə sifarişlərin 84% i mobil əlavə vasitəsi ilə verilib”
Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ölkədə kapital bazarlarının rəqəmsallaşma səviyyəsinin yüksək olduğunu bildirib. O, “Rahat deyə bilərəm ki, rəqəmsallaşma istiqamətində kapital bazarlarının infrastrukturu təkmildir” – deyə vurğulayıb.
Kazımov qeyd edib ki, əlavə işlər görülməli olsa da, digər inkişaf etmiş kapital bazarları ilə müqayisədə Azərbaycanın infrastrukturu kifayət qədər rəqəmsaldır. Bunu sübut etmək üçün o, keçən il keçirilən ABB-nin İPO-sunda səhmlərə sifarişlərin 84%-nin mobil əlavə vasitəsi ilə verildiyini misal çəkib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Mərkəzi Bankın sədri öz təcrübəsini bölüşərək bildirib ki, keçmişdə investorlar hesab açmaq və əməliyyat aparmaq üçün 3-5 gün vaxt sərf etməli olduğu halda, indi bu proses mobil əlavə vasitəsi ilə maksimum yarım saat-1 saat ərzində həyata keçirilir. “Bu gün investorların kapital bazarlarına çıxışı çox asandır” – deyə Kazımov vurğulayıb.
© GDP
Baxış sayı:66
Bu xəbər 09 Dekabr 2025 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















