Tanınmış hücumçu Qətər yolunda
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Əl Hilal”ın hücumçusu Aleksander Mitroviç karyerasını Qətərdə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, “Əl Rayyan” klubu serbiyalı futbolçunu transfer etmək üzrədir. Bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Mitroviç yaxın zamanda “Əl Hilal”la müqaviləsini ləğv edəcək və “Əl Rayyan”a keçəcək.
Forvard ötən mövsümdə 36 oyunda 28 qol vurub.

