Icma.az
close
up
RU
Tanınmış infeksionist yeni yayılan təhlükəli virusdan DANIŞDI: COVİD dönəmindəki tədbirlər gündəmə gələ bilər

Tanınmış infeksionist yeni yayılan təhlükəli virusdan DANIŞDI: COVİD dönəmindəki tədbirlər gündəmə gələ bilər

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Metapneovirusun əlamətləri digər tənəffüs yolu infeksiyalarına bənzəyir. Sağalan şəxslər belə virusu ötürə bilərlər və bu, virusun yayılmasını sürətləndirə bilər. Belə hallar artarsa, COVİD dönəmində alışdığımız tədbirlər - maska, gigiyenik qaydalar gündəmə gələ bilər".

Bu fikirləri infeksion xəstəlikləri və klinik mikrobiologiya uzmanı Dr. Vasif Əliyev Redaktor.az-a hazırda yayılan xəstəlikləri şərh edərkən dedi. Onun sözlərinə görə, virus hava-damcı yolu ilə yayıldığı üçün yüksək yoluxuculuğa malikdir:

"Artıq Çində yeni yayılıb. Metapneovirus artıq Qazaxıstanda, hətta Qırğızıstanda da bu gün qeydə alınıb. Metapneovirus Premovirid ailəsinə aid bir virusdur və RSV (Respiratory Syncytial Virus) ilə eyni ailədən gəlir. Yuxarı və aşağı tənəffüs yolları infeksiyasına, hətta pnemoniyaya səbəb ola bilir. Hava damcı yolu ilə yoluxur. Əsas önəmli məqam budur. 5-9 günlük inkubasiya dövrü olduğu bildirilir. Uşaqlar və yeni doğulmuş körpələr, immunsupressiv dərman istifadəçiləri, orqan transplantasiyası alanlar, xroniki xəstəlikləri olan şəxslər (böyrək, qaraciyər, ürək və ağciyər çatışmazlığı) daha ağır formada keçirə bilərlər".

İnfeksionist qeyd etdi ki, metapneovirus əsasən bəzi qruplar üçün ciddi təhlükə yaradır.

"Öskürək, burun axıntısı, xışıltılı nəfəs, temperaturun yüksəlməsi, əsas əlamətləridir. Diaqnozun dəqiqləşdirilməsi üçün burun yaxması vasitəsilə respirator panel analizi aparılmalıdır. Bu qruplarda xəstəlik daha ağır keçir və ölüm riski daha yüksək olur. Eyni zamanda bu virusu keçirən və sağlam olan insanlarda müəyyən qədər qoruyucu antitel yarana bilər ki, bu da xəstəliyin daha yüngül keçməsinə səbəb olur. Metapneovirus üçün spesifik antiviral müalicə və ya təsdiqlənmiş vaksin mövcud deyil. Ona görə ən doğru yol birinci növbədə xəstəliyə yoluxmamaqdır. Xəstə olan insanlardan uzaq durmaq, mövsümə uyğun geyinmək, sağlam qidalanmaq sadəcə bu virusdan deyil, digər viruslardan da qoruyacaq. Metapneovirusdan qorunmaq üçün əsas qaydalar bol maye qəbulu, yataq rejimi, sosial məsafənin qorunmasıdır. Xəstə olan insan izolyasiya olmalı, insanlarla ünsiyyətdə olmamalıdır. Antibiotiklər və steroiddən erkən mərhələdə gərəksiz istifadə xəstəliyi ağırlaşdıra bilər", - deyə Vasif Əliyev vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Yanvar 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri