“Tarix göstərir ki, azərbaycanlılar zərurət yarandıqda siyasi proseslərin istiqamətini dəyişmək gücünə malik olublar...”
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Əgər İran daxilində yaşayan azərbaycanlı əhali nə vaxtsa öz müqəddəratını təyin etmək məsələsini açıq şəkildə gündəmə gətirsə, buna kənardan mane olmağın mümkün olacağına inanmaq çətindir. Lakin əsas sual budur: belə bir tarixi məqam artıq yetişibmi, yoxsa?..”
“İranın ən çoxsaylı etnik qruplarından biri - bəlkə də birincisi - azərbaycanlılardır. Buna baxmayaraq, onların milli kimliyi onilliklərdir sistemli şəkildə təzyiq altındadır. Azərbaycan dili nə dövlət idarələrində, nə də təhsil sistemində layiq olduğu statusa malikdir; ana dilində təhsil hüququ faktiki olaraq tanınmır. Bu isə təkcə mədəni hüquqların məhdudlaşdırılması deyil, eyni zamanda bir xalqın tarixi yaddaşının və milli kimliyinin aşındırılması deməkdir. Halbuki İranın son minillik tarixində dövlətçilik ənənələrinin formalaşmasında, siyasi idarəetmədə və regional güc balansının qorunmasında məhz azərbaycanlılar həlledici rol oynamışlar. Çox da uzaq keçmisə getmədən qeyd edek ki, Səfəvilərdən Qacarlara qədər uzanan bu tarixi xətt göstərir ki, bu torpaqlarda azərbaycanlılar heç vaxt kənar və ya ikinci dərəcəli element olmayıblar. Bu qədər böyük və tarixi rolu olan bir xalqın milli kimliyinin bu dərəcədə aşındırılması, hüquqlarının bu səviyyədə tapdalanması nə ədalətlidir, nə də davamlı ola bilər.”
Bu fikirləri Moderator.az-a açıqlamasında ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli ifadə edib.
“Tarix göstərir ki, azərbaycanlılar zərurət yarandıqda siyasi proseslərin istiqamətini dəyişmək gücünə malik olublar. Onlar İran tarixində bir çox inqilabi dönüşlərin əsas hərəkətverici qüvvələrindən biri olublar və bunu yenidən xatırlatmaq potensialına sahibdirlər. Aydindir ki, bu gün onlar sadəcə tarixi və siyasi şəraitin yetişməsini gözləyirlər. Əgər İran daxilində yaşayan azərbaycanlı əhali nə vaxtsa öz müqəddəratını təyin etmək məsələsini açıq şəkildə gündəmə gətirsə, buna kənardan mane olmağın mümkün olacağına inanmaq çətindir. Lakin əsas sual budur: belə bir tarixi məqam artıq yetişibmi, yoxsa hələlik bu, daha çox potensial imkan olaraq qalır? Bu sualın cavabı isə təkcə Tehranda deyil, regionun bütöv geo-siyasi dinamikasında gizlidir”, - deyə davamında alim diqqətə çatdırıb.
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 07 Yanvar 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















