Icma.az
close
up
RU
“Tariximizdən güc alan müstəqillik” mövzusunda ədəbi bədii gecə keçirilib

“Tariximizdən güc alan müstəqillik” mövzusunda ədəbi bədii gecə keçirilib

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin, Kəlbəcər rayon 8 nömrəli tam orta məktəbin və İsrafil Məmmədov Ev Muzeyinin təşkilatçılığı ilə 28 May Müstəqillik Günü münasibətilə “Tariximizdən güc alan müstəqillik” mövzusunda ədəbi-bədii gecə keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, İsrafil Məmmədov Ev Muzeyinin əməkdaşları, Kəlbəcər rayon 8 nömrəli tam orta  məktəbin və Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri, Gəncə İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması mərkəzinin sədri, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin və Gəncə şəhəri Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı 16 nömrəli kitabxana filialının müdiri Mirvari Cəfərova 28 may Müstəqillik günü haqqında iştirakçılara ətraflı məlumat verib.

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov 28 May – Müstəqillik Günü münasibətilə çıxışında bildirib ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşmüşdür. O qeyd edib ki, bu mühüm tarixi hadisə xalqımızın dövlətçilik ənənələrinin əsasını qoymuş, Azərbaycanı dünya miqyasında müstəqil dövlət kimi tanıtmışdır. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət qadınlara seçki hüququ verərək demokratik dəyərlərə sadiqliyini nümayiş etdirmişdir.

Sədr Həbib Misirov çıxışında vurğulayıb ki, Azərbaycan 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdikdən sonra ölkə ciddi təhlükələrlə üzləşmiş, lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra dövlətçiliyimiz möhkəmləndirilmiş, müstəqilliyimizin qorunması təmin olunmuşdur. Bildirdi ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək ölkəmizin inkişafını təmin etmiş, onun rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunmuşdur. Artıq üçrəngli bayrağımız bütün suveren ərazilərimizdə qürurla dalğalanır.                      

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi. Ümummilli liderimiz Heydər Əliyev çıxışlarında tez-tez deyirdi ki, “biz nadir bir irsin varisləyirik, hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Tədbirdə Gəncə şəhəri Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında “Kor ərəbin” mahnısı, “Qarabağ”, “Mehriban olaq” mahnıları, həmin məktəbin “Gəncə” ritm qrupunun və Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Zəfər” tar ansamblının ifasında musiqilər səsləndirilib.

Kəlbəcər rayon 8 nömrəli tam orta məktəbin və Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbin şagirdləri şeirlər söyləyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 May 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri